Eskellər—Bulqarların qolu.Bəzi mənbələrdə "on ox budun" kimi xatırlanır.Qərbi Göytürk xaqanlığının Nuşibi boyuna mənsub idilər.
İbn Fədlan 921—922-ci illərdə Volqada olarkən eskellərin adını qeyd etmişdi.[1][2][3][4].
Ola bilsin ki, İbn Fədlan tərəfindən qeyd edilən başqa tayfalar (esqel, sivan) bulqar deyildi, belə ki, əks tədqirdə onların xüsusi etnik adı olan tayfa kimi ayırmağın mənası yox idi.
982-ci ildə farsdilli "Coğrafiya"da işkillər haqqında bilgi var. Orda qeyd olunur ki, bulqarlar bir-biriləriylə savaşırdılar.[5].
X əsrin birinci yarısında formalaşan dövlətin tərkibinə başqırdlar, peçeneqlər və oğuzlar daxil idi. Onlarla Volqa Bulqariyasından bilavasitə yaxınlıqda görüşü İbn Fədlan təsvir edir.
Gərdizi «Zeyn əl-əxbar» adlı əsərində (XI əsrin ortaları) eskellərin yurdu haqqında məlumat verir.[6].
Konstantin Baqryanarodnı «Türk-madyarları» savartoyaskala (savart və eskel) adlandırır. [7].