Esma Sultan sarayı

Əsma Sultan sarayı və ya köşkü (türk. Esma Sultan Yalısı) — İstanbul, Ortaköydə dənizkənarında yerləşən saray.

Əsma Sultan sarayı
Xəritə
Ümumi məlumatlar
Memarlıq üslubu Osmanlı memarlığı
Yerləşmə Ortaköy
Ölkə Türkiyə Türkiyə
Şəhər İstanbul
Koordinatlar 41°02′50″ şm. e. 29°01′38″ ş. u.HGYO
Tikintisinin başlaması 1875
Yenilənib 2001
Ölçülər
Digər ölçülər 31,5 m × 27 m (103 fut × 89 fut)
Texniki detallar
Material Kərpic
Yenidənqurma: Kərpic, polad və şüşə
Mərtəbə sayı 3
Dizayn və konstruksiya
Memar Sarkis Balyan
Yenidənqurma: Gökhan Avcıoğlu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Neo-klassik üslubda tikilmiş malikanənin memarı Sarkis Balyandır. Ortaköy məscidinin yanında yerləşir. Yanğından sonra uzun illər tərk edilmiş malikanənin içi 2001-ci ildə şüşə və poladdan istifadə edilərək yenidən tikilərək, bərpa edilib və bina turizm məqsədli xidmət göstərir.

Əsma Sultan sarayı adını Osmanlı Sultanı Əbdüləzizin qızı Əsma Sultandan (1873 - 1899) almışdır.[1][2] Əsma Sultan 16 yaşında ikən dövrün ən mühüm dövlət adamlarından biri olan Çərkəz Mehmed Əli Paşa evlənib; Ortaköy məscidinin yanındakı XVII əsrə aid malikanə yenidən tikilərək ona toy hədiyyəsi olaraq verilib.[3] Bölgənin ən böyük taxta tikilisi olan bu malikanə o vaxta qədər Dırnaqçı köşkü kimi tanınırdı.[4] I Əbdülhəmidin qızlarından Əsma Sultanla evlənən kapitan Kiçik Hüseyn Paşa da[5] Dırnaqçı malikanəsində yaşayırdı.[3]

1899-cu ildə Əbdüləzizin qızı Əsma Sultanın ölümündən sonra II Əbdülhəmid malikanəni bacısı Cəmilə Sultana verdi. V Muradın vəfatından sonra qızı Fatma Sultan II Əbdülhəmiddən xahiş edərək sahildəki evi alır.[6] Köşk 1915-ci ilə qədər Osmanlı sülaləsinin mülkiyyətində qalıb.

1918-ci ildən yunan məktəbi olan bina, 1920-ci illərdə böyük yanğına məruz qalmış və 1922-ci ildən tütün anbarı kimi istifadə olunmuşdu.[7] 1952-ci ildə Saffət Baştimar tərəfindən alınmış və dülgərlik sexi, mebel anbarı və kömür anbarı kimi istifadə edilmişdir. Saray Baştimar malikanəsi kimi də tanınır.[7]

1975-ci ilin əvvəllərində malikanə sahibləri tərəfindən satışa çıxarılsa da, o zaman yanğında yanıb və yalnız xarici divarlarından ibarət xarabalığı qalır. Bağçası konsertlər və şənliklər üçün istifadə edilən sahibsiz bina 1990-cı illərdə Mərmərə otellər şəbəkəsi tərəfindən alınmış və xarici divarları qorunub saxlanılaraq, içərisi şüşə divarlarla örtülmüşdür. Beləliklə də, qapalı bina əldə edilmişdir.[8]


Bu gün binanın birinci mərtəbəsində bar və restoran, ikinci mərtəbəsində isə konfrans zalı və ya tədbir məkanı kimi istifadə edilə bilən məkanları vardır.[9]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Əsma Sultan köşkü iki mərtəbədən və çardaqdan ibarət geniş əraziyə malikdir.[6] Sahəsi 884 m², bağının sahəsi isə 4030 m²-dir. Köşk ölçülərinə, materiallarına və istiqamətinə görə ənənəvi malikanə memarlığından fərqlənir. Çölü daşdan, içi taxtadan olan malikanə dəniz qarşısında yerləşir. Zal fasadın ortasındadır və binanın mərkəzində böyük bir pilləkən görünür.[6] Onların çıxıntılarının üç pəncərəsi var və üzərində üçbucaqlı alınlıq vardır.

Bina 2226 m² sahədə yerləşir. Birinci mərtəbəsinin eni 31,5 m, uzunluğu 27 m, hündürlüyü 3,80 m-dir. Birinci mərtəbə ikinci mərtəbə ilə birləşir eni 31,5 m, uzunluğu 31 m və hündürlüyü 6,80 m-dir.[7]

Saraydan 15 iyul Şəhidlər Körpüsü nün görünüşü

Restavrasiyası

[redaktə | mənbəni redaktə et]

Binanın yanğından sonra qalan yalnız xarici divarlarının xarabalığı 1990-cı ildə Marmara Otellər şəbəkəsi tərəfindən satın alınıb. 1999-cu ildə bina memarlar Gökhan Avcıoğlu və GAD Architecture tərəfindən funksional vəziyyətə gətirilib.[9] Kərpic divarların daxildə qalması üçün yüngül polad konstruksiya və şüşə qutu çərçivə nəzərdə tutulmuşdur.

Layihə müəllifləri Memar Haluk Sezgin və Memar Filip Robert tərəfindən aparılan təmir və əlavə dizayndan sonra malikanə 2001-ci ildə çoxməqsədli görüş yeri kimi istifadəyə verilmişdir. Bu gün müxtəlif görüş və konfranslara xidmət etmək üçün Mərmərə otelləri şəbəkəsi tərəfindən idarə olunur. Həmçinin İstanbul Beynəlxalq Caz Festivalı kimi bədii tədbirlərə də ev sahibliyi edir.[10]

  1. "Esma Sultan Mansion". 2016-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-02.
  2. "The Marmara Esma Sultan". 2016-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-02.
  3. 1 2 "17. ve 18. yüzyılda, Görsel ve Yazılı Kaynaklara göre Ortaköy-Kuruçeşme Arasında Yer Alan Kıyı Yapıları" (PDF). 2016-07-02 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-05-02. (#first_missing_last)
  4. "Yalı". 2016-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-02. (#first_missing_last)
  5. "Çırağan Eğlenceleri". Sabah gazetesi, 02.08.1997. 2010-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-02. (#first_missing_last)
  6. 1 2 3 "Ortaköy-Kuruçeşme Arasındaki Sahilsaraylar; 19. Yüzyıl" (PDF). Turkish Studies International Periodical For The Languages, Literature and History of Turkish or Turkic Volume 10/1 Winter 2015. 2016-07-02 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-05-02. (#first_missing_last)
  7. 1 2 3 "Esma Sultan Yalısı – Baştımar Yalısı". Degisti.com sitesi, 11.07.2011. 2016-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-02.
  8. Öyküleriyle İstanbul Antıları (Türkçe). Evrensel Basım Yayım.
  9. 1 2 "Esma Sultan". 2017-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-02.
  10. "İstanbul Caz Festivali". 2016-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-02.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]