Şahbazova Esmiralda Məmmədəli qızı — azərbaycanlı aktrisa.
Esmiralda Şahbazova | |
---|---|
Esmiralda Məmmədəli qızı Şahbazova | |
Doğum tarixi | |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ → Azərbaycan |
Fəaliyyəti | aktrisa |
Orta məktəbi bitirdikdən sonra Bakı Mədəni-Maarif Texnikumunda təhsil alıb. 1985-ci ildə təyinatla M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrına göndərilib: bu teatrda çalışdığı 5 il ərzində onlarla tamaşada çıxış edib. 1990-1992-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrında fəaliyyətini davam etdirmişdir. 1992-ci ildən Bakı Bələdiyyə Teatrında çalışır.
"Dronqo" serialında mehmanxana inzibatçısı rolunu oynamışdır.
2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Mingəçevir Dövlət Dram Teatrı
Bakı Bələdiyyə Teatrı