Estoniya atı

Estoniya atı — kiçik atların Eston cinsidir. O, güclü və xəstəliklərə davamlıdır. Estoniyada üç tanınmış at cinslərindən biridir

Estoniya atı
Eesti hobune
Cinsin istiqaməti Əsasən minik, təsərrüfat istiqamətli
Diri çəkisi 420 kq[1], 450 kq[1], 40 kq[1]
Yetişdirildiyi yer Estoniya
Sayı
  • 600 baş (2007)[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

XI əsrdə, salnaməçi Adam Bremenski estonları zəngin qızılla və yaxşı atla təsəvvür edirdi.

Estoniyalı yerli cins atların geniş başı, qısa boynu, geniş və dərin döşləri, geniş kürəyi, quru əzaları, güclü dırnaqları vardır.

Estoniya atı Estoniyanın Baltika dәnizi adalarında vә sahillәrindә yetişdirilir. Estoniyalı yerli cins atların geniş başı, qısa boynu, geniş və dərin döşləri, geniş kürəyi, quru əzaları, güclü dırnaqları vardır. Ayğırların cidov hündürlüyü 146 sm, döş qucumu 180,5 sm, kütlәsi 486 kq, madyanlarınkı 144,3 sm, döş qucumu 180 sm, kütlәsi 460 kiloqramdır. Adalardakı atlar materikdә yetişdirilәnlәrdәn kiçikdir. Rәnglәri kürәn, kәhәr, qara vә boz olur. Yemә tәlәbkar deyildir, yerli şәraitә yaxşı uyğunla bilir vә güclüdür. Ən çox Kənd təsərrüfatında vә nәqliyyata aid işlәrdә istifadә olunur. Maksimum 4830 kiloqramadәk yük çәkmə bacarığı vardır.

Arxivləşdirilib 26 avqust 2011 at the Wayback Machine, accessed 24 January 2011</ref>

  1. 1 2 3 4 5 DAD-IS. / red. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı