Etügen

Etügentürk və monqollarda yer ilahəsi. Ütügen (İtügen, Ütigin) Xanım olaraq da bilinər. Torpaq və yeri təmsil edir. Dövləti və suverenliyi, torpağı və torpaqla bağlı bütün ünsürləri, bitkiləri və heyvanları, əkinçiliyi qoruyar. Qonur (qəhvəyi) saçları vardır. İnsanların bilmədiyi, çata bilmədiyi bir yerdə torpaqdan (kərpicdən) edilmiş evində yaşayır. Son dərəcə təvazökardır. Əmək və halal qazanca himayə edər. Ötügen (Ötükən) eyni zamanda Türklərin yer üzündə ilk var olduğu və oradan Dünyaya dağıldığı yerin adı olaraq da qəbul edilir. Orxon çayı mənbəsini bu bölgədən alır və Göytürk dövlətinin də paytaxtı yenə bu bölgədə qurulmuşdur. İnanca görə bütün böyük dövlətlərin paytaxtı burada qurulmalı idi. Bəzi qaynaqlarda Torpaq (Yer) İlahəsinin oğlunun adının "Kılan" olduğundan bəhs edilir.

Itoga Xanım[redaktə | mənbəni redaktə et]

Itoga Xanım — türk, monqol və altay mifologiyasında tarla ilahəsi. İtöge xanımda deyilir. Tarlaları qoruyar. Etügen ilə eyni tanrıça olduğunu irəli sürən görüşlər vardır. Bəzən də Etügenin əmrindəki başqa bir ilahe olaraq görünür. Söz, ıdık, idi adlarıyla əlaqəlidir. Monqolcada İtge/İtege, Tuva dilində İdeg sözləri ümid deməkdir.

Etimologiya[redaktə | mənbəni redaktə et]

(Et / Ed) və (Öt) kökündən törəmişdir. Ötümək (dua etmək), etmək (gücü çatmaq) və utağan (döl yatağı) mənalarını ehtiva edər. Eten isə plasenta deməkdir. Təsir gücü mənasını da daşıyır. Monqolca udaqa feli zamanın keçişini ifadə edər.

Mənbə[redaktə | mənbəni redaktə et]