Etibar Əhməd Rzaqulu oğlu (20 avqust 1962, Dəmirçi, Noraşen rayonu – 19 yanvar 1990, Sədərək rayonu) — 20 yanvar şəhidi.
Etibar Əhmədov | |
---|---|
Etibar Əhməd Rzaqulu oğlu | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (27 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyəti | Qara Yanvar şəhidi. |
1962-cu ildə 20 avqustda Şərur rayonunun Dəmirçi kəndində anadan olub. Tikinti idarəsində sürücü işləmişdir. İki oğlu, bir qızı qaldı, doqquz bacı-qardaşı.
Yanvarın 19-da Sədərək yaxınlığındakı postlarda növbədə olub. Axşam növbəsini qurtarıb evə gəlib. Yoldaşları onu evə dincəlməyə göndərmişdi. Qərar tuta bilmədi evdə, qayıtdı yoldaşlarınınyanına. Özü də həmişəlik. Yoldaşlarını müdafiə etməyə getmişdi, torpaqlarını qorumağa getmişdi, elə o torpağa da tapşırıldı. Etibar yanvarın 20-də qərargah yaxınlığında ürək nahiyəsindən odlu silahla yaralanmış, axşam saat 06ː00-da şəhid olmuşdur. Etibarla bir yerdə yaralananlar; Bahəddin, Aydın, Vəli, Şahverdi.
Mərhum anadan olduğu və yaşadığı Dəmirçi kəndində dəfn edilmişdir.
Dəmirçi kənd orta məktəbinə Etibar Əhmədovun adı verilmişdir.
Şəhid olanda 3 övladı, 9 da bacı-qardaşı qaldı.