Etibar Babayev (tam adı:Babayev Etibar Kamal oğlu; 1967, Bakı – 2 iyul 2020, Bakı) — "Azərbaycan Televiziyası və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Kinoproqramlar və dublyaj Baş Redaksiyasının baş redaktoru, Əməkdar incəsənət xadimi
Etibar Babayev | |
---|---|
Doğum tarixi | 1967 |
Doğum yeri | |
Vəfat tarixi | 2 iyul 2020 |
Vəfat yeri | |
Vəfat səbəbi | COVID-19 |
Mükafatları |
1967-ci ildə Bakıda anadan olmuşdur. AzTV-də 30 ilə yaxın müxtəlif vəzifələrdə çalışmışdır. 2018-ci ildə AzTV-nin Bədii rəhbəri olmuşdur. 2019-cu ilin fevral ayından isə Kinoproqramlar və dublyaj Baş Redaksiyasının baş redaktoru vəzifəsinə təyin olunmuşdur.
Bir neçə bədii və sənədli filmin ideya müəllifi və layihə rəhbəri olmuşdur. "Ana və poçtalyon", "Xocalı yol gözləyir" filmləri olmuşdur.
2 iyul 2020-ci ildə Bakı şəhərində koronavirusdan dünyasını dəyişmişdir.[1]