Etibar Cəbrayıloğlu

İsmayılov Etibar Cəbrayıl oğlu (11 dekabr 1967, Lənkəran) — Azərbaycanın tanınmış jurnalisti və köşə yazarı.

Etibar Cəbrayıloğlu
Etibar Cəbrayıl oğlu İsmayılov
Doğum tarixi (56 yaş)
Doğum yeri Lənkəran, Azərbaycan SSR
Həyat yoldaşı İradə İsmayılova
Uşaqları Turan Etibaroğlu
Fatimə Gülməmmədova
Atası Cəbrayıl İsmayılov
Anası Rəisə İsmayılova
Milliyyəti azərbaycanlı
Fəaliyyəti köşə yazarı
Mükafatları Həsən bəy Zərdabi mükafatı (2012)
"Qızıl Media açarı"(II-ci dərəcə)

Etibar Cəbrayıloğlu 1967-ci il dekabrın 11-də Lənkəran şəhərində anadan olub. 1985-ci ildə Həzi Aslanov adına şəhər 3 saylı orta məktəbi bitirib. Bir müddət N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında yardım heyətinin aktyoru, rejissor assistenti kimi çalışıb. Teatrın komsomol təşkilatının katibi olub.1986-1988-ci illərdə Qazaxıstan şəhərində hərbi xidmətdə olub. 1991-96-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoq-təşkilatçı ixtisası üzrə təhsil alıb.[1]

Jurnalist fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1991-ci ildən mətbuat sahəsində fəaliyyət göstərir. Qeyri-leqal çap olunan "Çeşmə" qəzeti ilə fəal əməkdaşlıq edib. "Elin səsi" qəzetində müxbir, "Lənkəran" qəzetində redaktor müavini olub.1996-ci ildən Bakıya köçdükdən sonra "Press-fakt" qəzetində müxbir, şöbə müdiri, "Bu gün" qəzetində baş redaktor müavini, "Yeni Müsavat" qəzetində informasiya şöbəsinin müdiri, "Yeni Yüzil" və "Cümhuriyyət" qəzetlərində baş redaktor müavini, "Politika" qəzetində baş redaktor, "Üç nöqtə" qəzetində şöbə redaktoru, "Hesabat" jurnalında koordinator, "Gün səhər" qəzetində şöbə redaktoru, baş redaktor müavini, "Biz+" jurnalında baş redaktor müavini, "Haqqın nuru" qəzetində baş redaktor müavini vəzifələrində çalışıb.Vaxtilə 1990-cı illərdə "Yasamaldan məktublar" adlı silsilə köşə yazıları ilə oxucuların rəğbətini qazanmışdır.[2]

2007-ci ildən "Ədalət" qəzeti ilə əməkdaşlıq edir. Qəzetin şöbə müdiri, köşə yazarı olub.

2010-cu ildən Qafqaz Müsəlmanları İdarəsində çalışır.O, hazırda QMİ-nin sektor müdiri vəzifəsində işləyir

2011-ci ildə Amerika-Azərbaycan Təhsil Şurasının proqramı ilə ABŞ-da təcrübə keçib.

Azərbaycan mətbuatında səmərəli fəaliyyəti və publisistik yazılarına görə "Həsən bəy Zərdabi" , "Qızıl Media açarı"(II-ci dərəcə) mükafatlarına layiq görülüb.

Hazırda "Hetrik-news","Ədalət", qəzetləri, Modern.az,"Reytinq.az","Bakıvaxtı.az","Aztoday.az" və "Qol.az" saytları ilə sıx əməkdaşlıq edir.

2013-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" 2013-cü il 22 iyul tarixli, 3011 saylı Sərəncamı əsasında KİV əməkdaşları üçün inşa edilmiş binada mənzillə təmin olunub.[3]

Ailəlidir, 1 oğlu,1 qızı və 1 nəvəsi var

İdman jurnalisti Hüseyn Cəbrayıloğlunun qardaşıdır.

  1. modern.az. "Jurnalist Etibar Cəbrayıloğlu ilə FOTOSÖHBƏT". modern.az. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-28.
  2. modern.az. "Etibar Cəbrayıloğlu: "Evim olanda Modern.az-ın kollektivinə qonaqlıq verəcəm"". modern.az. 2023-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-28.
  3. oxu.az. "Mənzil alan jurnalistlərin tam siyahısı" (az.). Oxu.az. 2013-07-22. 2023-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-22.