Etibar Məmmədov (jurnalist)

Etibar Məmmədov (Etibar Teyyub oğlu Məmmədov; 27 noyabr 1975, Kirovabad) — Azərbaycan jurnalisti, teleaparıcı, araşdırma, ictimai-siyasi, xəbər və sənədli jurnalistika üzrə ekspert, sənədli filmlər rejissoru.

Etibar Məmmədov
Etibar Teyyub oğlu Məmmədov
Doğum tarixi (48 yaş)
Doğum yeri Gəncə, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Həyat yoldaşı Büllur Məmmədova
Uşaqları Binnur Məmmədova
Həmzə Məmmədov
Atası Teyyub Məmmədov
Anası N. Məmmədova
Milliyyəti azərbaycanlı
İxtisası Milli Təhlükəsizlik və siyasi strategiya
Təhsili Bakı Sosial İdarəetmə və Politogiya İnstitutu
Fəaliyyəti "De-fakto" qəzeti, ANS, ATV, ASAN Radio
Fəaliyyət illəri 1997 – hal-hazırda
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və təhsili

[redaktə | mənbəni redaktə et]

Etibar Məmmədov 1975-ci il noyabrın 27-də Gəncə şəhərində anadan olub. 1982–1992-ci illərdə Gəncə şəhəri 4 nömrəli orta məktəbdə orta təhsil alıb.

1993–1997-ci illərdə Bakı Sosial İdarəetmə və Politogiya İnstitutunun politologiya fakültəsində bakalavr pilləsində, 1997–1999-cu illərdə isə həmin institutun "Magistratura" şöbəsinin "Milli Təhlükəsizlik və siyasi strategiya" ixtisasında təhsil alıb. Bakalavr və magistr pillələrində təhsilini əla diplomla başa vurub[1].

Ailəlidir, iki övladı var.

Jurnalistika fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • 1998–2002-ci illərdə ANS Müstəqil Yayım və Media Şirkətinin tərkibində "ANC ÇM" radiosunda "İsti-isti" ictimai-siyasi verilişinin və Xəbərlərin aparıcısı, 2000-ci ildən isə ANS TV-də "Xəbərçi" proqramı və "Nəzər Nöqtəsi" verilişinin aparıcısı və aparıcı redaktor olub.
  • 2002–2008-ci illərdə ATV telekanalının Xəbərlər Xidmətində çalışıb. Telekanalın Xəbərlər Xidmətinin əsas qurucularından biridir. "Son Xəbər" informasiya buraxılışının və "Həftə Sonu" analitik-informasiya buraxılışının aparıcısı olub. Redaktor, aparıcı redaktor və baş redaktor vəzifələrində çalışıb.
  • 2006-cı ildə Rusiyanın birinci kanalında və "НТВ" kanalında, 2007-ci ildə BBC radiosunda, 2008-ci ildə isə ABŞ-nin "CNBC" telekanallarında "xəbər jurnalistikası" və "ekstremal jurnalistika" mövzularında təkmilləşdirmə kursları keçib.
  • Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi ölkə daxilində və xarici ölkələrə səfərləri zamanı çəkiliş qrupu tərkibində müşayiət edib.
  • 2008-ci ildə ATV telekanalında tutduğu vəzifəni öz ərizəsi ilə tərk edib. ASAN Radioda baş redaktor vəzifəsində çalışıb[1].

Sənədli filmlər sahəsində fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2008-ci ildən bu günə qədər sənədli filmlər sahəsində də çalışır. Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin törətdikləri vəhşiliklər, erməni terroru, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşmüş oğullarımızın qəhrəmanlıqları haqqında 70-dən çox sənədli filmlər hazırlayaraq ictimaiyyətin diqqətinə təqdim edib. Həmin filmlərin əksəriyyəti türk, ingilis, fransız və rus dillərinə tərcümə olunaraq xarici ölkələrdə yayılıb.

Sənədli filmlər sahəsində çalışarkən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, DİN Daxili Qoşunların Baş İdarəsi, Dövlət Təhlükəsiziyi Xidməti, Şuşa, Xocavənd və digər rayonlıarın icra hakimiyyətləri, həmçinin Heydər Əliyev Fondu, bir sıra millət vəkilləri ilə sıx əməkdaşlıq etmiş, həmin qurumların sifarişi ilə, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə sənədli filmlər hazırlamışdır[1].

  • 2018 — "Qalxan və Qılınc". Sənədli film. 2018-ci il. Heydər Əliyevin 1967-ci ildə erməni millətçilərinə qarşı mübarizəsindən bəhs edir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilib.[2][3]
  • Azərbaycan naminə. Heydər Əliyevin sovet illərində Azərbaycanın mədəniyyətinə göstərdiyi qayğı.
  • 101-ci şans. Film-esse. Ümummilli lider Heydər Əliyevə ithaf olunur.
  • Qaregin Njde: Faşistin dosyesi (azərbaycan, rus və ingilis dilləırində)
  • Quba soyqırımı 1918-ci il
  • Quba soyqırımı. (Heydər Əliyev Fondunun sifarişi ilə)
  • Pərdəarxası tarix: dünən və bu gün
  • Yalan Haqqında Həqiqət
  • "Heç vaxt gec deyil". Sənədli film. Dövlət Təhlükəsizliyi Xidmətinin sifarişi əsasında.
  • Qarabağ: Həqiqətlər və Yalanlar. Sənədli film.
  • Xankəndi. Sənədli film. 1-ci hissə
  • Xankəndi. Sənədli film. 2-ci hissə
  • Dağıdılmış Mədəniyyət beşiyi: Şuşa
  • Xocalı Soyqırımı. 3 hissədə. Sənədli film.[4]
  • Laçınsız…
  • 2012 — Laçınsız 20 İl 2-ci hissə
  • Qara Dağlı. Sənədli film. Xocavənd RİH-nin sifarişi əsasında.
  • Soyqırım: Qaradağlı[5]
  • Soyqırım: Qaradağlı davam edir
  • Soyqırımı: Huseynovlar ailesi
  • Soyqırım: Bakı
  • Azərbaycanlıların soyqırımı: Tarixin qanlı salnaməsi. Sənədli film.
  • Kəlbəcər: Mübariz Qala. Sənədl film.
  • "Vətən naminə". Sənədli film.
  • Qaradağlı: Mübarizə
  • 2010 — Azərbaycanın milli qəhrəmanları. Mübariz İbrahimov. Müqəddəs zirvə[6]
  • 2010 — Azərbaycanın milli qəhrəmanları. Samir Xasıyev
  • Azərbaycanın milli qəhrəmanları. Naiq Yusifov
  • Azərbaycanın milli qəhrəmanları. Qasım Rzayev
  • Azərbaycanın milli qəhrəmanları. Vəzir Orucov
  • 2017 — Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənov: Vətən Övladı
  • Əbədiyyətə qovuşan Koroğlu
  • Sətirlərin sədası. Yazıçı-publisist Əli İldırımoğlu.
  • Patriarx. Hüseyn Əhmədov. Sənədli film.
  • "Mənim doğma məktəbim". Şuşa rayon 1 saylı orta məktəbinin 180 yaşı. Sənədli film.
  • Şuşa musiqi məktəbinin 80 illiyi. Sənədli film.
  • Əsgər. Sənədli film[7]
  • Kəşfiyyatçı. Sənədli film.
  • Şahinlər-2016. Sənədli film. DİN Daxili Qoşunlarda gənc şahinlərin bir günlük həyatı.
  • 2012 DİN Daxili Qoşunlar-20. Sənədli film.
  • Cinayətin anatomiyası. Sənədli film.
  • Karate "Kasiko". Sənədli film.
  • İnsan ovu. Sənədli film.
  • "Səssiz Müharibə" silsiləsindən. Tarixin qisası. Əyyub Xanbudaqov. Sənədli film.
  • 2017 Şəhid Müşfiq Orucov: "VƏTƏNİMİZ NAMUSUMUZDUR!"
  • Daxili Qoşunlar "Şahinlər"
  • 2019 — "Nurlu əməllərin işığında" sənədli film
  • 2019 — "Heydər Əliyev və Qarabağ" sənədli film
  • 2017 — "Sərhəd" sənədli film
  • 2018 — "Soyqırım: 100 il" sənədli film
  • 2018 — "Bayat elinin igidləri" sənədli film[8]
  • 2018 — "Qoşa ruhlar" sənədli film
  • 2019 — "Bayat elinin ziyalıları" sənədli film
  • 2019 — "Bitməyən əzab" sənədli film
  • 2018 — İrəvan: Xatirələr və Etiraflar
  1. 1 2 3 "UNEC-də "Faşistin dosyesi"nin təqdimatı keçirilib". 2020-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-24.
  2. ""Qalxan və qılınc" sənədli filmi BSU-da nümayiş olunub". 2020-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-24.
  3. "BSU-da "Qalxan və qılınc" sənədli filminin nümayişi olub". 2020-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-24.
  4. "ERMƏNİLƏRİN SOYQIRIMI CİNAYƏTİNƏ DAİR FİLM TƏQDİM OLUNDU". 2020-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-24.
  5. ""SOYQIRIMI: 100 İL" sənədli filmi ictimaiyyətə təqdim olundu". 2020-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-24.
  6. "Qəhrəmanlıq qəhrəmanla birlikdə ölmür, əbədi yaşayır". 2021-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-24.
  7. "Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir". 2020-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-24.
  8. ""Bayat Elinin ziyalıları" adlı filmin ilk təqdimatı olmuşdur." 2020-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-24.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]