Etibar Toğrul

Etibar Toğrul (tam adı:Əliyev Etibar Хasay oğlu) – jurnalist, publisist

Etibar Toğrul
Etibar Хasay oğlu Əliyev
Doğum tarixi (51 yaş)
Doğum yeri Ağdam, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Atası Xasay

Etibar Toğrul 27 iyul 1973-cü ildə Ağdam şəhərində anadan olub.

İlk məqaləsi 12 yaşı olarkən Ağdamda çıxan keçmiş "Lenin yolu" qəzetində dərc edilib. Müхtəlif vaхtlarda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin orqanı olan "Gənclik press", "Elita" qəzetlərinin redaktoru, "Yeni Gənclik" qəzetinin və "Dünyaya Qarabağ Harayı" beynəlxalq jurnalının baş redaktoru olub.

2008-ci ildə "Hüquqi Cəmiyyət" qəzetini təsis etmiş və 2012-ci ilədək həmin qəzetin təsisçisi və baş redaktoru olmuşdur. 2012-ci ildən "Xəbər var" qəzetinin baş redaktoru, 2017-2020-ci illərdə "Vetenperverler.az" saytının redaktoru olub. Hazırda isə "Xeber Media GROUP" Şirkətinin, XeberBiz.com və TehsilXeber.com xəbər portalarının rəhbəridir. . 2018-ci ilin fevralından Azərbaycan Alpaqut Federasiyası Mətbuat Xidmətinin rəhbəri, 2018-ci il 4 iyul tarixində isə Azərbaycan Alpaqut Federasiyasının baş katibi vəzifəsinə təyin edilib.

On kitab müəllifidir. 2010-cu ildə "Qızıl qələm" mükafatına layiq görülüb.

Ailəlidir, 3 övladı və iki nəvəsi var.

  • "Qazax elinin igidləri" (2001),
  • "İman işığı" (2004),
  • "Ağdamdan Ağdama" (2007),
  • "Ağdam ziyalıları: dünən və bu gün" (2011),
  • "Bu qala bizim qala" (2012),
  • "Mingəçevir Turizm Kolleci" (2012),
  • "Lider rayon" (2012),
  • "Don vurmuş arzular" (2013)
  • "Parlaq zəka sahibi" (2013)
  • "Ağdam ziyalıları: dünən və bu gün"- II cild (2013)