Etnik silah

Etnik silah — kimyəvi və bioloji silahın mümkün çeşidi. Etnik silah ayrı ayrı etnik və irqi qrupların toxumalarının, orqanlarının növdaxili irsi xüsusiyıtlərinə qarşı məqsədyönlü kimyəvi və biloji təsir vasitəsi kimi istifadə edilə biləcək silah növü. Yer kürəsinin müəyyən yerinin faunası, mikrofaunası, florası da etnik silahın obyekti ola bilər. Etnik silahın məqsədyönlüyü müəyyən insan qruplarının,ilk növbədə qida və infeksion agentlər olan ətraf mühit amili, orqanizmində genetik şərtlənmiş biokimyəvi xüsusiyətlərlə bağlıdır. Müəyyən qruplara aid spesifik biokimyəvi əlamətlər mövcuddur. Belə növdaxili irsi xüsusiyətlər etnik silahın bilavasitə təsir obyekti ola bilər. Bu axır etibarı ilə soyqırım vasitəsi və sterilizasiya(tbii artımın(doğumun) qarşısının alınması) silahı ola bilər.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Советская военная энциклопедия Москва 1980 Военное издательство министерства обороны СССР T. 8