Etrusk mifologiyası
Etrusk əfsanəsinə görə, əvvəllər köçəri yaşamla keçinən etrusklar bir gecə ulduzdan qopan işığın yerə düşdüyünü görürlər. Zərbə ilə yerə dəyən işıq parçalanıb kiçik gümüş güzgülərə çevrilir. Etrusklar həmin yeri qazırlar, oradan uşaq görkəmində, lakin saçı ağarmış möcüzəli bir adam çıxır. Taq (Taqes)adlanan və gələcəkdən xəbər verən bu müdrik etrusklaraçox şey öyrədir.İtalyada ilk sikkələrin basılması da əvəzolunmaz görücü Taqın məsləhəti ilə gerçəkləşir. Taq çıxan yerdə etrusklar Tarkvini adlı şəhəri salınır.Dini və siyasi mərkəzə çevrilən bu şəhər Roma yaranandan sonra ona tabe olur. Tarixdən bəllidir ki, dəmir çağının başlandığı dövrdə bir çox xalqlarda mifik qəhrəmanlar sırasından peyğəmbər obrazı yaratma meyli artmışdı. Bu çağda etrusk kahinləri də Taq adlı birindən tanrı elçisi kimi danışırlırdı.[1]
Etrusk dünya görüşündə dini baxışlar ilə sosial qurumların arasında bir uyğunluq vardı. Toplumun müstəqil qəbul edə bilən səlahiyyətli vahid hökmdarı olmadığı kimi, etrusk panteonları sistemində də baş tanrı Tin yalnız böyük tanrılar şurasına başçılıq edir, vacib məsələlərin həllini tapmaqda yardımçı olurdu. Tinin mahiyəti romalıların Yupier tanrısında təcəssüm edirdi. Həmçinin, Tin yunanlıların Zevsilə müqayisə olunur. Etrusk panteonları sırasında Tin ilə yanaşı Uni və Minerva adlı tanrıçalar da yetkili sayılırdı.[2] Göydəki bu üçlük kimi Yeraltı dünyanın da öz tanrıları vardı.Əsas fəaliyyəti yeraltı dünyada ölənlərin ruhunu daşımaqda olan Turms, burada əsas yeri tutan Aita, romalıların Bakx adlı tanrısının qarşılığı Fersifay və müxtəlif demonlar bəllidir.
Yeraltı dünya demonlarından Xarontesin vəzifəsi ölənləəri o biri dünyaya aparmaqdır.Bu demonların adı daha çox Xaru, Xarun(Karun) şəklində yazılır.Fransua basırığından tapılan freska üzərində Xarunun əlində böyük çəkic vardır. Ümumiyyətlə, etrusk ənənələrində ölənin alnına kiçik bir çəkiclə toxunmaq adəti vardı və bu ritualı kahinlər də icra edirmiş.[3] Bu ritual Vatikanda hələ də davam edir, pontifi öləndə kiçk gümüş çəkici alnın atoxundururlar. Ölülər diyarında qorxunc demonlardan biri Tuqulqa (Tuxulka) adını daşıyır. Bu qorxunc demon əlində ilan yırtıcı quş görkəmində bir yaratıq olduğu düşünülür. Etrusklarda ölən adamın ruhu (qutu) ilə bağlı inanclar var. Yeraltı dünyada kiçik boylu adam fiqurunda təsvir olunan ruhlar bəzən fantastik heyvan( barsla atın qarışığı ) və ya at üzərində yüyəni əlində tutmuş qanadlı mələk Vant tərəfindən Ölülər diyarına sahiblərindən sayılır.