Ev dirəyi-el dirəyi (film, 1982)

Müasir ailəni necə təsəvvür edirsiniz? Cəmiyyətimizin sosial inkişafı ailədə necə təzahür edir? Milli Azərbaycan ailələrini başqa xalqların ailələrindən fərqləndirən hansı əlamətlər mövcuddur? Filmin müəllifləri bu suallar ətrafında tamaşaçılarla fikir mübadiləsi aparırlar.

Ev dirəyi-el dirəyi
Janr sənədli film
Rejissor Cəmil Fərəcov
Ssenari müəllifi Emil Ağayev
Operatorlar Sərdar Vəliyev
Köçəri Məmmədov
Bəstəkar Azər Dadaşov
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1982
Filmin növü qısametrajlı sənədli film
Ölkələr SSRİ SSRİ
İl 1982
Texniki məlumatlar 5 hissə
1350 metr
35 mm
Rəng rəngli

Məzmun[redaktə | mənbəni redaktə et]

Film çağdaş azərbaycanlı ailəsinin problemlərinə həsr olunmuşdur. Bizim millətə xas olan ailənin başqa xalqların məişəti, adət-ənənələri ilə fərqli və oxşar cəhətlərindən, müasir ailənin formalaşmasından söhbət açılır.

Kinolentdə azərbaycanlı ailələri barədə dəqiq təsəvvür yaratmaq üçün 3 ailənin-fəhlə, kəndli və ziyalı ailəsinin məişəti əsas götürülmüşdür. Buraya həyatın diktə etdiyi problemlər də əlavə olunmuşdur.

Filmin heyəti[redaktə | mənbəni redaktə et]

Film üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Rejissor: Cəmil Fərəcov
Ssenari müəllifi: Emil Ağayev
Operator: Sərdar Vəliyev, Köçəri Məmmədov
Bəstəkar: Azər Dadaşov
Səs operatoru: Firudin Hüseynov

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 327.