Ex

Taksonların adlandırılmasında istifadə olunan işarələmələr.

  • ex (latınca) — dan, ilə, birlikdə, əlbir.
1. Botanikada iki müəllifin soyadı ilə bağlı işlənir və onu göstərir ki, taksonun adını ikinci müəllif həqiqətən nəşr etdirib, birinci müəllif isə təklif edib və nəşr etdirməyib;
2. Zoologiyabakteorologiyada soyadla bağlı işlənir və onu göstərir ki, birinci müəllif taksonun adını nəşr etdirmiş, ikinci müəllif tərəfindən ad təklif olunmuş, amma nəşr etdirilməmişdir.
  • in (lat.) — da, də; iki müəllifin adı ilə əlaqədar işlədilir. Belə ki, ikinci müəllif bütün nəşr və işlərin müəllifi, birinci isə taksonun adının elan edilməsi və ya yararlı olmasına məsul olur.
Nümunə: Pimpinella hookeri C.B.Clarke in Hook.f. — o deməkdir ki, Cozef Dalton Hukerin işində taksona verilən adı Çarlz Beron Klark elan etmişdir.
  • nom. cons. (lat. nomen conservandum ifadəsinin qısaldılmış forması)
1. botanikada: taksonun mühafizə edilmiş adı; Botaniki Nomenklaturanın Beynəlxalq Kodeksindəki adlandırılmaya müxalif olmasına baxmayaraq, belə adın istifadə edilməsinə rəsmi olaraq icazə verilib.
Məsələn: Amborellaceae Pichon, nom. cons. (1948)
2. zoologiyada: taksonun saxlanılmış adı; Zooloji Nomenklaturanın Beynəlxalq Kodeksindəki adlandırılmaya müxalif olmasına baxmayaraq, belə adın istifadə edilməsinə rəsmi olaraq icazə verilib.