Ex gratia (hərdən - ex-gratia[1]) — ən çox hüquqi kontekstlərdə istifadə olunan latın ifadəsi (hərfən - lütflə, mərhəmətlə). Bir şey əvəzsiz ediləndə könüllü olaraq, mərhəmətlə, xoş niyyətlə edilir. Belə ödənişləri həyata keçirən hüquqi və ya fiziki şəxs heç bir hüquqi məsuliyyət daşımır[2].
Təşkilatlar, hökumətlər və sığortalılar tərəfindən fiziki şəxslərə ödənişlər sığortadan fərqlidir. Sığorta vəziyyətində ödənişlər etmək öhdəliyi var, ex gratia ödəniş isə ödəyicinin xoş niyyətini ifadə edir. Əmlakın itirilməsi və ya zədələnməsi və ya personalın ixtisarı zamanı istifadə oluna bilər. Belə ödənişlərin vergiyə cəlb edilməsinin özəllikləri var, xüsusən ABŞ-da onlar federal və ştat vergilərinə, Böyük Britaniyada isə 30 min funt-sterlinqə qədər vergiyə cəlb edilmirlər.
Dövlətlərdən ex gratia ödənişlərinin bəzi nümunələri:
1988-ci ildə ABŞ Fars körfəzi üzərində vurulmuş təyyarənin sərnişinlərinin yaxınlarına təzminat təklif etdi[3][4][5][6]. 1996-cı ildə ümumi kompensasiya 61,8 milyon dollar idi[7].
Birləşmiş Ştatlar 1999-cu ildə Belqradda Çin səfirliyinin bombalanması zamanı həlak olanların və yaralananların ailələrinə 4,5 milyon dollar ödəyib.[8]
2003-cü ilin sonunda Ukrayna 2001-ci ildə Qara dəniz üzərində həlak olan sərnişinlərin yaxınlarına 15,3 milyon dollar ödəyib[9].