Excelsior Hotel Shamkir

"Excelsior Hotel Shamkir"Azərbaycan Respublikasının Şəmkir rayonunda yerləşən mehmanxana[1].

"Excelsior Hotel Shamkir"
Ölkə Azərbaycan Azərbaycan
Şəhər Şəmkir
Tikilmə tarixi 10 sentyabr 2013
Vəziyyəti Fəaliyyət göstərir

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Mehmanxananın beşmərtəbəli binasının ümumi sahəsi 9 min kvadratmetrdir. Bütövlükdə kompleks 10 min 200 kvadratmetr sahəni əhatə edir[1].

Mehmanxana standart, qoşa çarpayılı və böyük çarpayılı 63 otaqdan ibarətdir. Bütün nömrələrdə ən yüksək səviyyədə istirahət üçün hər cür şərait yaradılmışdır. Ən son informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunan otaqların dizaynında Şəmkirin qədim xalçalarının ornamentlərindən istifadə olunmuşdur[1].

Müasir havalandırma sistemi ilə təchiz edilmiş mehmanxana binasında restoran, bar, iclas zalı, SPA, masaj otaqları, türk hamamı, sauna və hovuz vardır. Burada Avstriya avadanlığı ilə üç növ pivə istehsal olunur, şərab evində isə 750 şüşə yerli və xarici şərab saxlanılır[1].

Açılışı[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 10 sentyabr 2013-cü ildə mehmanxananın açılışında iştirak etmişdir[1].

İstinadlar[redaktə | mənbəni redaktə et]