Exolokasiya – əşyalardan əks olunan səs dalğalarının və ya radiodalğaların qeydə alınması, onların yerinin, forma və ölçülərinin təyin edilməsi.
Akustik exolokasiya, radioekolokasiya və hidroekolokasiya formaları mövcuddur. Bəzi həşərat və quşlarda, yarasa, delfin, suiti, balina və s.-də canlı exolokasiya var. Exolokasiya heyvanların səmti bilməsi, maneələrdən qorunması, həmçinin qida axtarması üçün vacibdir. Yarasa və delfinin exolokatoru ətraflı tədqiq edilmişdir.
Exolokasiya prinsipi ilə işləyən texniki qurğular, sualtı qayıqların yerini öyrənməkdə, minalanmış sahələri tapmaqda, dəniz və okean dibi relyeflərinin tədqiqində geniş tətbiq olunur. Lakin, texniki exolokasiya qurğuların həssaslığına görə canlıların exolokasiyasından geri qalır.
Fizika haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |