Eyfel körpüsü

Eyfel körpüsü (rum. Podul Eiffel) — Prut çayı üzərindəki körpü və Moldova ilə Rumıniya arasındakı bir keçid məntəqəsi. Körpü Unqen şəhəri (Moldova) və Yaş vilayətinə (Rumıniya) daxil olan Unqen kommunasını birləşdirir.

Eyfel körpüsü
rum. Podul Eiffel
Xəritə
47°11′59″ şm. e. 27°47′13″ ş. u.
Keçid maşın və piyada üçün
Material dəmir
Açılışı 1 avqust 1874
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

6 may 1872-ci ildə rus diplomatı İvan Alekseeviç Zinoviev və Rumıniyanın xarici işlər naziri Georgi Kostaforu 1873-cü il yanvarın 9-da təsdiq edilmiş dəmir yolu qovşaqları haqqında saziş imzaladılar.

Bir körpünün inşası Rus-Türk müharibəsi başlamazdan əvvəl ortaya çıxdı.

Yaş-Unqen yolu 1 avqust 1874-cü ildə açılır. Rus-türk müharibəsinə hazırlaşmaq üçün (1877-1878) Rusiya İmperiyası 1871-ci ildə 1 iyun 1875-ci ildə açılmışı olan Kişinyov-Korneşti-Unqen dəmir yolunun tikintisinə başlamışdır. 1875-ci ildə dəmir yolu tam istifadəyə verilir. Kişinyov-Korneşti dəmiryolu hissəsi daha əvvəl 1873-cü ildə açılır.

1876-cı ildə Prut çayında baş verən yaz selindən sonra Bessarabiya ilə Rumıniyanı birləşdirən dəmir yolu körpüsü demək olar ki, dağıdıldı. Dəmiryol İdarəsi körpünün yenidən qurulması üçün Qüstav Eyfeli Rusiyaya dəvət edirlər.

Körpü 1877-ci il aprelin 9-da, Rus-Türk müharibəsinin başlamasından üç gün əvvəl açılır[1]. 1877-ci il aprelin 11-də rus qoşunları Unqen yolu ilə Rumıniyaya girdilər və ertəsi gün Osmanlıya qarşı müharibə elan etdilər.

Uzun illər Eyfelin Unqen körpüsünü qurması ictimaiyyətə və hətta yerli tarixçilərə məlum deyildi. Əvvəllər “Podul de flori” (Çiçək körpüsü) kimi tanınırdı. Körpünün mənşəyi bir sirr olar olaraq qalırdı, amma 1998-ci ildə unqenli məktəbli Kristian Jardanın təqdimatı ilə tədqiqatçılar arxivi araşdırdılar. Araşdırma zamanı Eyfelin Moldova körpülərini qurduğunu məlum olur. 2012-ci ildə rəsmi olaraq Eyfel körpüsü adlandırıldı. Eyfel körpüsü 137 ildir ki, heç bir əsaslı təmir aparılmadan Prut sahillərini birləşdirir.

Lakin digər tərəfdən məlum oldu ki, Eyfelin hazırda Unqendəki körpü ilə heç bir əlaqəsi yoxdur. Oldchisinau.com saytının qurucusu Yuri Şvesdən sitat gətiririk[2]:

"Qısaca - Eyfel körpüsü 1944-cü ildə Sovet təyyarələri tərəfindən bombalanandan bəri mövcud deyil. İndiki körpü - müharibədən sonra inşa edilən və hətta əvvəlkinə bənzəməyən körpüdür.

Baxın: 12 aprel 1944. Sovet aviasiyası Unqendəki Prut çayın üzərindəki hər iki körpünü (avtomobil və dəmir yolu) dağıdır.

  1. Frederick Kellogg, The Road to Romanian Independence, 1995, p. 84
  2. Роман ВЛАДИМИРОВ | Сайт «Комсомольской правды». "Грандиозная афера в Молдове: «Эйфелев мост» в Унгенах не имеет к Эйфелю никакого отношения" (rus). KP.MD - сайт «Комсомольской правды». 2018-05-02. 2023-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-18.