Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Eylean-Donan qəsri, (keltcə - Eilean Donan), tərcümədə "Donanın adası", — Şotlandiyanın Lox-Duyx fyordunda yerləşən qayalı adada qəsr. Qəsr öz funda balı ilə məşhurdur.
Eylean-Donan qəsri | |
---|---|
şot.kelt Eilean Donan | |
57°16′26″ şm. e. 5°30′57″ q. u.HGYO | |
Ölkə | Şotlandiya |
Yerləşir | Fiord Lox-Duyx |
Tikilmə tarixi | XIII əsr |
Rəsmi sayt | eileandonancastle.com |
Şotlandiyanın Tarixi Abidələri | |
İstinad nöm. | 7209 |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qəsrin adı, VII əsrdə adada yaşamış tərki-dünya rahib Donanın adı ilə bağlıdır.
XIII əsrdə, kral III Aleksandrın hakimiyəti vaxtı, adada ilk qala tikilir. 1263 III Aleksandr qəsri, Larqs döyüşündəki igidliyinə görə, Kolin Fitsjeraldın (Makkenzi klanının üzvləri onu öz əcdadları hesab edirlər) mülkiyətinə verir. Bu döyüşdə norveçli kral Xokon IV məğlub edilir və bunun nəticəsində Hebrid adaları və Men adası Şotlandiyaya birləşdirilir. Həmin vaxtdan qəsr, 1719 ildə dağıdılana qədər, Makkenzilərin vacib qalası olaraq qalır.
1911 Con Makray Gilstrap (Macrae-Gilstrap) qəsri alır və bərpasına başlayır. 20 ildən sonra qəsrin bərpa işləri qurtarır. 1983 Makray klanı xeyriyəçilik işinə başlayır. İndiyə kimi Makray nəsli, onlar üçün ayrılan qəsrin altı otağında yaşayırlar.