Əyyub ağa məscidi — Ağstafa rayonun Dağ Kəsəmən kəndində yerləşən məscid. Məscidinin imamı və dini icmasının sədri Hüseyn Hüseynovdur.[3]
Əyyub ağa məscidi | |
---|---|
Ölkə | Azərbaycan |
Status | Yerli əhəmiyyətli abidə, № 4083[1] |
Rayon | Ağstafa rayonu |
Yerləşir | Dağ Kəsəmən kəndi |
Memar | Hacı Tağı Kərbəlayı Hüseyn[2] |
Sifarişçi | Əyyub ağa |
Tikilmə tarixi | 1862[1] |
Uzunluğu | 30 metrə yaxın[2] |
Sahəsi | Həyətyanı sahəsi 250 kv.metr, iç sahəsi 12x12 metrdir[2] |
Minarələri | 2[2] |
Material | bişmiş kərpic[2] |
Məscid Əyyub ağa tərəfindən tikdirilmişdir. Məscid binası öz ilkin variantını qoruyub saxlamışdır. Divarları başdan-başa bişmiş kərpiclə hörülmüşdür. Məscidin hündürlüyü 30 metrə yaxındır. Günbəzi dörd tağ üzərində dayanmışdır. Mehrabının hündürlüyü 3,5 metrdir, tağvari formadadır. Döşəməsi bişmiş kərpiclə işlənmişdir. Məscidin bir giriş qapısı və altı pəncərəsi vardır. Günbəzin diametri 7 metrdir. Günbəzin fasad tərəfi bişmiş kərpiclə işlənmişdir. Məscidin giriş qapısının sağ tərəfində Əyyub ağanın qəbri yerləşmişdir. Sovetlər dövründə məscid taxıl anbarı kimi istifadə edilmişdir. 1989-1990-cı illərdə yerli sakinlərin təşəbbüsü sayəsində məscidin fəaliyyəti bərpa edilmişdir. 1990-cı ildə məsciddə Ağstafa rayonunun yerli tikinti idarələri tərəfindən bərpa işləri aparılmışdır.[2]