Fön və ya fyon

Fön və ya fyon[redaktə | mənbəni redaktə et]

Fön və ya fyon– dağlıq ölkələrdə vaxtaşırı müşahidə edilən və dağdan dərəyə doğru əsən, yüksək temperaturlu, olduqca quru, güclü küləyə deyilir.Fön və ya fyon yerli küləklər tipinə aiddir. Fön və ya fyon əsasən dağ silsiləsinin bir yamacından hava təzyiqinin yüksək, əks yamacda isə alçaq təzyiq olanda baş verir. Hava yüksək təzyiq olan tərəfə hərəkət edərək, dağ silsiləsini aşır. Rütubətli hava yamac boyu yuxarı qalxdıqca onun temperaturu hər 100m –də 0,60 aşağı düşür və əksər hallarda soyuyaraq yağıntı verir. Rürubətini itirmiş quru hava dağ silsiləsini aşaraq əks yamac üzrə endikcə onun temperaturu hər 100m-də 10 artır (quru adiabatik proses). Buna görə də enən hava isti və quru olur. Fön adətən 1-2 gün əsir, lakin bəzən 5 gün və daha artıq fasiləsiz müşahidə edilə bilər . Azərbaycanda fönün orta illik təkrarlanma ehtimalı yüksəkdir. Kəlbəcərda 124, Əlibəydə 52, Zaqatalada 26 gündür. Azərbaycanda “kermic”, “ağ yel”, “qara yel”, adlanan küləklər fön tiplidirlər.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ş.G.Həsənov, Q.Ş.Məmmədov, S.B.Məmmədov, Y.Q.Əliyev. İzahlı Ensiklopedik Coğrafiya Terminləri Lüğəti « Təhsil» Bakı- 2005.