Bu məqaləni vikiləşdirmək lazımdır. |
CAR-da təşkil olunan turnirdə 8 komanda mübarizə aparacaq. Meydan sahibləri, həmçinin, yığmalar səviyyəsində planetin ən nüfuzlu 7 yarışının qalibi öz aralarında ənənəvi kubokun qalibini müəyyənləşdirəcək. Belə ki, FİFA-ya daxil olan regional konfederasiyaların ən yaxşısı ilə yanaşı, dünya çempionu da mükafat iddiasındadır.
2009 FİFA Konfederasiyalar Kuboku | |
---|---|
29°00′18″ c. e. 24°00′11″ ş. u.HGYO | |
Yarış məlumatları | |
Ev sahibi | |
Tarix | 2009 |
Başlama tarixi | 14 iyun 2009 |
Bitmə tarixi | 28 iyun 2009 |
Yekun nəticəsi | |
Çempion | Braziliya milli futbol komandası |
Yarış statistikası | |
Oyun sayı | 16 |
Qol sayı | 44 |
Tamaşaçı sayı | 584.894 |
Mükafat sahibləri | |
Bombardir(lər) | Luis Fabiano |
Vikianbarda əlaqəli mediafayllar |
Turnir artıq üçüncü dəfədir qarşıdakı dünya çempionatının təşkilatçısına tapşırılıb. Həm 2002, həm də 2006-cı il dünya birinciliklərinin meydan sahibi bir il əvvəl nisbətən kiçik məsul yarış keçirməklə hazırlığını yoxlamışdı. Əslində isə 8-ci dəfə baş tutacaq Konfederasiyalar Kuboku sonradan dünya tərəfindən belə tanınıb. Əvvəl ərəb şeyxlərinin "oyuncağı"nı xatırladan "Kral Fəhd" Kuboku daim Səudiyyə Ərəbistanında keçirilmək üçün təsis edilmişdi. Qitə çempionlarını bir araya gətirən ərəblərin turniri o qədər maraqlı alındı ki, sonda FİFA bu "oyuncağı" tanıyıb ələ keçirdi və adını dəyişməklə "özəlləşdirdi".
Ümumiyyətlə, Konfederasiyalar Kuboku ilk növbədə faciə ilə yaddaşlara həkk olunub. Çünki məhz 2003-cü ildə keçirilən turnir zamanı Kamerun yığmasının oyunçusu Mark Vivyen Foe elə meydanda yıxılaraq ölmüşdü. Sonradan ürəyində ciddi problemlər olduğu aşkarlanan afrikalı yarışın tarixinə qara, amma əbədi həkk olundu.
A qrupu
Meydan sahibi – CAR
2008-ci ilin Avropa çempionu – İspaniya
2008-ci il Okeaniyanın Millətlər Kuboku – Yeni Zelandiya
2007-ci il Asiya Kuboku – İraq
B qrupu
2006-cı il dünya çempionu – İtaliya
2007-ci il Amerika kuboku – Braziliya
2008-ci il Afrika Millətlər kuboku – Misir
2007-ci il KONKAKAF Qızıl kuboku – ABŞ
14 iyun. 19:00. Yohannesburq. CAR – İraq 0:0
14 iyun. 23:30. Rustenburq. Yeni Zelandiya – İspaniya 0:5
15 iyun. 19:00. Blumfonten. Braziliya – Misir 4:3
15 iyun. 23:30. Pretoriya. ABŞ – İtaliya 1:3
17 iyun. 19:00. Blumfonten. İspaniya – İraq 1:0
17 iyun. 23:30. Rustenburq. CAR – Yeni Zelandiya 2:0
18 iyun. 19:00. Pretoriya. ABŞ – Braziliya 0:3
18 iyun. 23:30. Yohannesburq. Misir – İtaliya 1:0
20 iyun. 23:30. Yohannesburq. İraq – Yeni Zelandiya 0:0
20 iyun. 23:30. Blumfonten. İspaniya – CAR 2:0
21 iyun. 23:30. Pretoriya. İtaliya – Braziliya 0:3
21 iyun. 23:30. Rustenburq. Misir – ABŞ 0:3
1/2 final
24 iyun. 23:30. Blumfonten. İspaniya – ABŞ 0:2
25 iyun. 23:30. Yohannesburq. Braziliya – CAR 1:0
3-cü yer uğrunda
28 iyun. 18:00. Rustenburq. İspaniya – CAR 3:2 ə.v.
Final
28 iyun. 23:30. Yohannesburq. ABŞ – Braziliya 2:3
Matçların başlama vaxtı Bakı vaxtı ilə göstərilib.
Oyunlar 2009-cu il iyunun 14-dən 28-nə kimi Cənubi Afrikanın dörd şəhərində – Yohannesburq, Blomfonteyn, Pretoriya və Rustenburqda keçirilib.
Bu turnirdə FİFA Konfederasiyalar Kuboku tarixində 100-cü oyun keçirilmişdir. Həmin oyunda Misir İtaliyanı 1:0 hesabı ilə məğlub etmişdir.
Turnirin ən yaxşısı Braziliya yığmasının üzvü Kaka seçilib. 27 yaşlı yarımmüdafiəçiyə "Qızıl top" mükafatı verilib.
"Ən yaxşı futbolçu" nominasiyasında sonrakı yerləri Luis Fabiano (Braziliya) və Klint Dempsi (ABŞ) tutub. Onlara müvafiq olaraq, "Gümüş top" və "Bürünc top" təqdim olunub.
Fabiano, həmçinin 5 qolla turnirin bombardiri olub və "Qızıl buts"a sahib çıxıb. "Gümüş buts" və "Bürünc buts" isə ispan futbolçulara – Fernando Torres və David Vilyaya verilib. Onların hər ikisi rəqib qapılarından 3 top keçiriblər.
Yarışın ən yaxşı qapıçısı ABŞ milli komandasının üzvü Tim Hovard seçilib. Beş oyunda 9 qol buraxan və gümüş medala yiyələn qapıçı "Qızıl əlcək" mükafatına sahib çıxıb.
Bundan başqa, ədalət prinsiplərini qoruduğu üçün Braziliya yığması "Fair play" mükafatına layiq görülüb.