Fəal təlim

Aktiv təlim zamanı müəllim və şagirdlər arasında mümkün əlaqə sxemi

Aktiv təlim və ya fəal təlim. Təlim prosesində müəllimlə yanaşı şagirdlər də dərsin fəal iştirakçılarıdır. Passiv təlimdən fərqli olaraq burada müəllim və şagirdlər bərabər hüquqlara sahibdirlər. Passiv təlim avtokrat əlaqəyə əsaslandığı halda, aktiv təlim metodu demokratik münasibətlər əsasında qurulur. Onu interaktiv metodla eyniləşdirənlər də var, lakin bu tamamilə səhv yanaşmadır. Bəzi ümumi cəhətlərinə baxmayaraq onların arasındakı ciddi fərqlər elə ilk nəzərdə görünür.

Təlim metodları