Fədakaranı Millət Cəmiyyəti (türk. Fedakâran-ı Millet Cemiyeti) — Osmanlı imperiyasında İkinci Məşrutiyyət dövründə fəaliyyət göstərmiş siyasi partiya. Bu, həm də qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərirdi.
Fədakaranı Millət Cəmiyyəti |
---|
İkinci Məşrutiyyət elan edildikdən sonra 12 avqust 1908-ci ildə Sultanəhməd meydanında keçirilən mitinqdə onun yaradılması qərara alınmışdır. Avnullah Kaziminin sədrliyi ilə yaradılmışdır. Qərargahı İstanbulda yerləşirdi. Partiyanın qurucularıII Əbdülhəmidin dövründə sürgün edilmişdilər, eyni zamanda "Gənc türklər"ə müxalif idilər.
1908-ci ildə keçirilən seçkilərdə iştirak etməmişdi. 31 mart üsyanından sonra siyasətdən çəkilərək bağlanmışdır. Digər üzvlər Əli Vəfa, Əli Saib, Nəcib Qədir, Əbdülqədir Qədri, Hacı Camal, Asitanəli Bəhçət və Ərtoğrul Şakir idi.[1]