Fələstin kürdləri

Fələstin kürdləri (kürd. Kurdên Filistînê; ərəb. اكراد فلسطين: Akrad Filistin) — kürdmənşəli fələstinlilər.

Fələstin kürdləri

Bəzi Fələstin kürdlərinin mənşəyi Səlib yürüşləri zamanı Əyyubilər sülaləsinin fəthlərinə gedib çıxır. Əyyubi hökmdarları öz imperiyalarının sərhədlərini qorumaq üçün bir çox kürd qəbilələrini Fələstində yerləşdirmişdilər. Fələstində kürd icmalarının yaşadığı əsas yaşayış məntəqələri arasında Hebron (əl-Xəlil), Yerusəlim (əl-Qüds) və Şekem (Nablus) şəhərləri var.[1]

Əyyubilərdən sonra, xüsusən də Osmanlılar dövründə Fələstinə gələn çoxlu kürd tayfaları da var. Kürdlər Qərb sahilində ən böyük etnik azlıqdır.[2]

Kürd müsəlman Səlahəddin Hebronu 1187-ci ildə geri almışdır. Şəhərin adı yenidən əl-Xəlil olaraq dəyişdirilmişdir. Osmanlı hakimiyyətinin erkən dövründə şəhərdə hələ də kürd məhəlləsi mövcud idi. Bundan qısa müddət sonra Şirürəkli Riçard şəhəri geri almışdır. İngiltərədən gətirilən Kornuollu Riçardın getməsindən qısa müddət sonra düşmənçilik başlamış və 1241-ci ildə tampliyerlər müqavilələri pozaraq o zamankı müsəlman Hebron ərazisinə dağıdıcı basqına başlamışdılar.[3] Bəziləri iddia etmişdir ki, Hebronun sakinlərinin təxminən üçdə biri kürdmənşəli idi və burada onların Hərat əl-Əkrad kimi öz məhəllələri var idi.[4]

  1. "Who are the Palestinians?". Israel National News. 11 August 2017. 2021-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-26.
  2. Gil, 1997. səh. 207. Note to editors. This account, always in Moshe Gil, refers to two distinct events, the Arab conquest from Byzantium, and the Kurdish-Arab conquest from Crusaders. In both the manuscript is a monkish chronicle, and the words used, and event described is identical. We may have a secondary source confusion here.
  3. Sharon, 2003. səh. 297.
  4. Runciman, 1965c. səh. 219