Fərəc bəy Hüseynbəyov

Fərəc bəy Hüseynbəyov (1882, Zəngəzur - 1959 Bakı) — xeyriyyəçi.

Fərəc bəy Hüseynbəyov
Fərəcbəy Feyzullabəy oğlu Hüseynbəyov
Doğum tarixi
Doğum yeri Əldərə, Zəngəzur qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri
Dəfn yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Həyat yoldaşı Qırqoğul Hüseynbəyova
Uşaqları Nadir Hüseynbəyov, Feyzulla Hüseynbəyov
Atası Feyzullabəy

Fərəcbəy Feyzullabəy oğlu Hüseynbəyov 1882-ci ildə Zəngəzur mahalı, Mehri rayonunun Əldərə kəndində anadan olmuşdur.

Hələ uşaq yaşlarından ata-anasmı itirmişdir. Maddi vəziyyətinin ağırlaşdığını görən Fərəcbəy evdən çıxıb çörək pulu qazanmaq üçün Bakıya gəlir.

Balaxanı-Ramana neft mədənlərində ən ağır işlərdə işləməyə başlayır. Öz biliyi, çalışqanlığı və işgüzarlığı nəticəsində mədəndə müəyyən vəzifə sahibi olur.

Əvvəllər prikazçik, böyük prikazçik, istismar üzrə mühəndis, sonralar sahə rəisi vəzifələrində işləmişdir. Ağsaqqalların dediklərinə görə, Fərəcbəy öz kəndindən, habelə Meğri rayonunun Nüvədi, Leyvaz və başqa kəndlərdən Bakıya gələn, evsiz-eşiksiz olan onlarla adamı işə düzəltmiş və çoxlarını da himayəyə götürmüşdür.

Onun bu xeyirxahlığını nəvələri indi də ehtiramla danışıb yad edirlər. Respublikamızın neft sənayesinin inkişafındakı fəaliyyətinə görə F.Hüseynbəyov 1944-cü ildə "Qafqazın müdafiəsinə görə" medalı, 1947-ci ildə Azərbaycan Ali Sovetinin Fəxri fərmanı, 1947-ci ildə "Döş nişanı", 1951-ci ildə Lenin ordeni, "Böyük Vətən müharibəsində fəal əməyə görə" medalı ilə təltif edilmişdir.

Fərəcbəy Hüseynbəyov 1959-cu ildə 74 yaşında Bakıda vəfat etmişdir.

Fərəcbəyin iki oğlu, bir qızı, nəvə və nəticələri var. Nadir HüseynbəyovFeyzulla Hüseynbəyov onun oğlanlarıdır.

[1]