Fərəculla xan Əmənulla xan oğlu Ağevli (12 iyul 1887, İsfahan – 15 sentyabr 1974, Tehran) — İran hərbçisi, İran Əncümən-e Ətər-e Millinin (ƏƏM), (The National Monuments Council of Iran) direktoru.
Fərəculla xan Ağevli | |
---|---|
Fərəculla xan Əmənulla xan oğlu Ağevli | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 iyul 1887 |
Doğum yeri |
|
Vəfat tarixi | 15 sentyabr 1974 (87 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Rütbəsi | general |
Fərəculla xan Əmənulla xan oğlu 1887-ci ildə İsfahan şəhərində anadan olmuşdu. Əsədulla xanın nəvəsidir. O, hərbi məktəb bitirmişdi. Qardaşı kolonel Fəzlullah xanın himayəsində hərbi işə qatılmışdı. Jandarmeriyada xidmət etmişdi.
Fərəculla xan Ağevli 1921-ci ildə polkovnik rütbəsi almışdı.1925-ci ildə briqadir-general rütbəsinə layiq görülmüşdü. Xuzistan əyalətinə vali göndərilmişdi.
Fərəculla xan Ağevli Məhəmmədrza şah Pəhləvinin hakimiyyəti dönəmində Şahənşah ordusunun komandanı olmuşdu.
Fərəculla xan Ağevli 1974-cü ildə vəfat etmişdi.