Farabi Kino Fondu (fars. بنیاد سینمایی فارابی) — İranda qeyri-hökumət, qeyri-kommersiya və ictimai işlər üzrə institutdur. Kino işləri üzrə fəaliyyət göstərir: ölkə daxilində və xaricdə film istehsalı və paylaması[1], film və kino barədə kitab nəşri,[2] Fəcr Beynəlxalq Film Festivalı və Uşaqlar və Yeniyetmələrin Film Festivalının keçirməsi[3].