Fərhad İbrahimi Korabbaslu - (d. 1935, Ərdəbil, İran, — ö. 9.2.2019, Ərdəbil, İran) azərbaycanlı şair. "Ayrılıq" mahnısının sözlərinin müəllifi.[1]
Fərhad İbrahimi | |
---|---|
رجب ابراهیمی | |
Doğum tarixi | |
Doğum yeri | Ərdəbil |
Vəfat tarixi | |
Vəfat yeri | Ərdəbil |
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyəti |
Şairlik Yazıçılıq |
Fərhad (Rəcəb) İbrahimi Korabbaslu 1935-ci ildə Ərdəbilin Yurtçu bölgəsində yerləşən Kurabazlı (Korabbaslu) kəndində anadan olmuşdur. Fərhad (Rəcəb) İbrahimi Kurabazli "Ayrılıq", "Açıl Səhər" və "Ağlama" kimi mahnıların sözlərinin müəllifidir.[2]
Fərhad İbrahimi 84 yaşında İranın Ərdəbil şəhərində vəfat etmişdir.
"Ayrılıq" mahnısının sözləri Fərhad İbrahimiyə məxsusdur. "Ayrılıq" mahnısının musiqisini bəstələyən Əli Səlimi bu barədə demişdir:
Mən uzun zaman idi bir çox azərbaycanlının həyatına ağrı və kədər gətirən ayrılıq mövzusunda bir mahnı bəstələmək üçün uyğun sözlər axtarırdım. Çoxlarımız üçün bu, ailə üzvləri, sevdiklərimiz, qohumlar və Arazın o tayındakı doğma kəndlər və şəhərlərimizdən ayrı olmaq demək idi. O dövrdə nə Sovet, nə də Şah rejimi bizlərə o taydakılarla görüşmək üçün icazə vermirdilər. Bir gün Fərhad adında gənc bir şair mənə bir şeir gətirdi. Öncə çox maraqlanmasam da, şeiri oxuduqdan sonra budur mənim axtardığım, dedim.[3] |