Fərhad Əzizov

(#empty_citation)

Fərhad Əzizov
Əzizov Fərhad Şirin oğlu
Doğum tarixi (77 yaş)
Doğum yeri Nuxa(indiki Şəki)
Vətəndaşlığı Azərbaycan
Milliyyəti Azərbaycanlı
Həyat yoldaşı Şərafət Əliyeva-Əzizova
Uşağı Anar Əzizsoy
Elmi dərəcəsi biologiya elmləri namizədi
İş yeri AMEA Şəki Regional Elmi Mərkəzi (elmi işlər üzrə direktor müavini)
Təhsili

• M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu, kimya-texnologiya fakültəsi (1964–1969)

• Azərbaycan SSR EA Genetika və Seleksiya İnstitutu, aspirantura (1976–1980)

Fərhad Əzizov — biologiya elmləri namizədi, AMEA Şəki Regional Elmi Mərkəzinin elmi işlər üzrə direktor müavini, Şəki “Sahibkarlar Assosiasiyası”nın təsisçisi və prezidenti.

8 dekabr 1946-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

947 – 1957-ci illərdə M.Qorki adına Nuxa şəhər 10 №-li orta məktəbində,

1964 – 1969-cu illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun kimya-texnologiya fakültəsində,

1976 – 1980-cı illərdə Azərbaycan SSR EA Genetika və Seleksiya İnstitutunun aspiranturasında təhsil alıb.

Əmək Fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1969 – 1970-ci illərdə Sumqayıt Kimya zavodunda aparatçı,

1970 – 1974-cü illərdə “Neft Kimya Avtomat” Elmi-Tədqiqat Layihə İnstitutunda mühəndis vəzifəsində işləyib.

1974-cü ildə Azərbaycan SSR EA Şəki Zona Elmi Bazasında kiçik elmi işçi vəzifəsinə qəbul edilib.

1989 – 2014-cü illər ərzində Azərbaycan SSR EA/AMEA Genetik Ehtiyatlar İnstitutu Şəki Elmi Tədqiqat Bazasında böyük elmi işçi vəzifəsində çalışıb.

2014-cü ildən AMEA Şəki Regional Elmi Mərkəzinin elmi işlər üzrə direktor müavinidir.

Pedaqoji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2002 – 2006-cı illərdə Şəki Pedaqoji Texnikumunda və Şəki Musiqi Texnikumunda ümumi biologiya fənnindən dərs deyib.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1983-cü ildə Daşkənddə Özbəkistan SSR EA Bioüzvi Kimya İnstitutunun Elmi Şurasında dissertasiya işini müdafiə edib və biologiya elmləri namizədi elmi dərəcəsini alıb.[1]

16-sı xaricdə olmaqla, çapdan çıxmış 31 elmi əsərin, o cümlədən, 4 müəlliflik şəhadətnaməsinin və 1 patentin müəllifidir.