Fərhad Məmmədov (yazıçı)

Fərhad Məmmədov (1987, Bakı) — elmi-fantastik/mistik və pikaresk yazıçı, peşəkar tərcüməçi, jurnalist

Fərhad Məmmədov
Farhad Mammadov.jpg
Doğum tarixi
Doğum yeri Bakı

Həyatı[redaktə | mənbəni redaktə et]

Məmmədov Fərhad Fikrət oğlu 1987-ci ildə Bakı şəhəri, Mərdəkan qəsəbəsində anadan olub. 1993-cü ildə 3 saylı xarici dillər təmayüllü gimnaziyaya daxil olub və əsas təhsilini 2002-ci ildə həmin məktəbdə alıb. 2002-ci ildə 181 saylı UNESCO əlaqəli PİLOT məktəbinə daxil olub. 2003-cü ildə Batumi şəhərində keçirilən Qafqaz Ölkələrinin Mədəniyyət Sərgisində Azərbaycan şagird heyəti ilə iştirak edib. 2004-cü ildə Gürcüstanın Atskuri əyalətində WWF fondunun dəstəyi ilə keçirilən 3-cü Regional Gənc Ekoloqlar Turnirində Azərbaycan yığmasının tərkibində iştirak edib. 1-ci yer tutması və fəal çıxışına görə müvafiq fəxri fərmanlar və sertifikatlarla təltif olunub. 2004-cü ildə 181 saylı Pilot məktəbini tam orta təhsilini başa vurub və həmin il Qərb Universitetinin Qərb dilləri fakültəsinə daxil olub. 2008-ci ildə dövlət attestasiya komitəsinin qərarı ilə həmin universitetdə İngilis dili tərcüməçisi ixtisası üzrə bakalavr dərəcəsi əldə edib.2007-ci ildə BMT-nin Bakı Ofisində, İctimai İnformasiya Departamentində 3 aylıq internatura keçib, müvafiq sertifikatla təltif olunub. 2008-2009-cu illərdə həqiqi hərbi xidmət keçib. 2009-cu ildə Şimal DRES elektrik stansiyasının təmiri və təftişi zaman yapon nümayəndə heyətinin texniki tərcüməçisi olub. 2010-cu ildə 18 saylı Dövlət Notariat Kontoru yanında Əhmədli Tərcümə Mərkəzində İşləyib.2011-ci ildən ANS Telekanalının Cari Xəbərlər departamentində Xarici Büronun (gecə növbəsi) -tərcüməçisi vəzifəsində çalışır.

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Ədəbiyyata təsadüfən 2006-ci ildə gəlib. Bakıda Rüstəm İbrahimbəyovun təşəbbüsü ilə açılan Beynəlxalq Kino Kollecinə rejisyor və ssenarist seçimlərinin 2-ci mərhələsində etüd olaraq, dahi ispan rəssamı Salvador Dalinin "Yanan Zürafə" rəsmi haqqında "Sürrealizm və ya zaman itkinləri" adlı elmi-fantastik hekayəni yazıb.Hekayə uğurlu alınıb. Seçimlərin 3-cü mərhələsinə adlayıb. Daha sonra, 2008-ci ildə real hadisələr əsasında insan ölümündən və paranormal hallardan bəhs edən "Aqoniya - bədənin son müqaviməti" mistik povestini yazıb. Povestlə indiyənə kimi davam etdirdiyi "Qorxulu Əhvalatlar" silsiləsinə başlayıb.Hərbi xidmətdən yeni dünya görüşü və yeni mövzularla qayıdan Məmmədov, 2009-cu ildə "Neyrotron layihəsi" [1] adlı elmi-fantastik hekayəni yazıb.Hekayə Azərbaycanlı alimlərin yaratdığı süni yaddaşın səbəb olduğu gözlənilməz effektlərdən bəhs edir. Qısa ara sonra, qan bahasına multi-müəllif romanının yaratmağa çalışan qatil Nobel laureatı haqqında "Tamamla..." adlı mistik trillerini yazıb. Növbəti yazmış olduğu Qafqazlı UNO adlı qısa hekayəsi, bloqlarda və saytlarda kifayət qədər oxucu yığsa da, bir müddət sonra ON il zirzəmidə [2] adlı elmi-fantastik hekayənin kölgəsində qalıb.Qanun Nəşriyyatı 2011-ci ildə öz hesabına yazıçının eyni adlı kitabını dərc edib. Yazıçı 2011-ci ildən 2012-ci ilə kimi Azərbaycan üçün tam yad olan pikaresk janrında "Böyük Suiqəsd Nəzəriyyəsi" [3] adlı ilk romanını yazıb. Yazıçının bundan başqa, Zaman Paradoksu, Atskuri-Severnaya, Bolero layihəsi adlı elmi-fantastik hekayələri var.[4]

Mənbə[redaktə | mənbəni redaktə et]

  1. Lit.az/Neyrotron layihəsi
  2. Fərhad Məmmədov "On il zirzəmidə"
  3. kayzen.az
  4. kitabxana.net

İstinad[redaktə | mənbəni redaktə et]