Fəridə Abbasova (tam adı: Fəridə Nəriman qızı Abbasova; 14 fevral 1952, Bakı, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[1]
Fəridə Abbasova | |
---|---|
Fəridə Nəriman qızı Abbasova | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (37 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | "20 Yanvar Şəhidi" |
Dəfn yeri | Nardaran qəbristanlığı |
Vətəndaşlığı | SSRİ |
Atası | Nəriman |
Milliyyəti | azərbaycanlı |
14 fevral 1952-ci ildə Bakı şəhərində anadan olmuşdur. Evdar qadın idi.
Ailəli olmuş, 2 oğlu və 1 qızı yadigar qalmışdır. Oğlu Pərviz Asif oğlu Abbasov 1-ci Qarabağ müharibəsində gedən döyüşlərdə ürəyindən aldığı güllə yarasından Şəhid olmuşdur.[2]
Saat 00.00 radələrində Fəridə Abbasova yaşadığı evin həyətində[1] Sovet Ordusunun əsgərləri tərəfindən atılan güllələrdən biri ürəyinə dəymişdir. Təcili tibbi yardım maşını çağırılsa da, həkimlər gələnədək Fəridə aldığı xəsarətdən vəfat etmişdir.
20 yanvarda mərhumu dəfn etmək üçün onun nəşi Nardarana aparılarkən hərbçilər buna maneə olmuşdur.[3] Buna baxmayaraq, onun meyidi gizli yollar ilə Nardarana aparılmış və Nardaran qəbiristanlığında dəfn edilmişdir.
Bakı şəhəri, 11-ci keçid küçəsi, 1.
Yaşadığı 11-ci keçid küçəsi və ona bitişik küçənin adı dəyişdirilərək Fəridə və Pərviz Abbasovlar küçəsi adlandırılmışdır.