Fərid Fərəcov (23 iyun 1927, Bakı – 19 aprel 2000, Bakı) — iqtisadçı, iqtisad elmləri doktoru (1971), professor(1977), Azərbaycan Respublikasının əməkdar iqtisadçısı (1972). Ə.S.Fərəcovun oğludur.
Fərid Fərəcov | |
---|---|
Fərəcov Fərid Əliqulu oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Vəfat tarixi | (72 yaşında) |
Vəfat yeri | Bakı |
Azərbaycan Dövlət Xalq Təsərrüfatıİn-tunu (indiki İqtisad un-ti) (1949)və Azərb. Milli EA İqtisadiyyat bölməsinin (indiki İqtisadiyyat İn-tu) aspiranturasını (1953) bitirmiş, həmin vaxtdan burada kiçik və baş elmi işçi (1953-57), Bakı Ali Partiya Məktəbində konkret iqtisadiyyat kafedrasının müdiri (1957-76), Azərb. SSR Dövlət Plan Komitəsi sədrinin müavini və birinci müavini(1981-93), İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Mərkəzində baş elmi işçi (1993 ildən)nvəzifələrində çalışmışdır. Sənayenin iqtisadiyyatına,onun inkişaf və sahə quruluşu, iqtisadi islahatların, texniki tərəqqinin, işin keyfiyyətinin ictimai istehsalın səmərəliliyinə təsiri, sənayenin idarə edilməsi problemlərinə dair tədqiqatların, o cümlədən bir neçə monoqrafiya və kitabın müəllifidir.