Fərid Məmmədov (dövlət rəsmisi)

Fərid Eldəniz oğlu Məmmədov (15 aprel 1977, Bakı) — layihələr və proseslər üzrə ekspert, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyətinin sədri[1].

Fərid Məmmədov
Fərid Eldəniz oğlu Məmmədov
13 dekabr 2018 – indiyə kimi
Şəxsi məlumatlar
Doğum tarixi 15 aprel 1977(1977-04-15) (46 yaş)
Doğum yeri
Təhsili

Həyatı[redaktə | mənbəni redaktə et]

Fərid Məmmədov 1977-ci il aprelin 15-də Bakı şəhərində anadan olub. İngilis və rus dillərini bilir. Ailəlidir, iki övladı var.

Təhsili[redaktə | mənbəni redaktə et]

1992–1997-ci illərdə Azərbaycan Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində bakalavr dərəcəsi üzrə təhsil alıb.

1997–1999-cu illərdə Azərbaycan Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsində magistr dərəcəsi üzrə təhsil alıb.

2012–2014-cü illərdə Avstriyanın Vyana İqtisadiyyat və Biznes Universitetinin İdarəçilik Akademiyasında[2] Layihələrin və proseslərin idarə edilməsi ixtisası üzrə peşəkar magistratura təhsili alıb.[3]

Peşəkar fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1996–2018-ci illərdə müxtəlif dövlət orqanlarında, o cümlədən mərkəzi icra hakimiyyəti orqanlarında, özəl sektorda, habelə tanınmış xarici konsaltinq şirkətlərində (ARCADIS[4], MOTT MACDONALD[5]) ekspert və rəhbər vəzifələrdə çalışıb, eyni zamanda bir sıra beynəlxalq layihələrin eksperti, layihə koordinatoru və meneceri olub.

13 dekabr 2018-ci il tarixində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

İctimai fəaliyyəti[redaktə | mənbəni redaktə et]

2019-cu ildən Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi ilə bağlı Monitorinq Komissiyasının[6] sədridir. 2024-cü ildən etibarən Avropa Sosial Şəbəkəsinin (European Social Network[7]) Himayədarlar Şurasının üzvüdür.[8][9]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "DOST Agentliyinin struktur və rəhbərliyi" (az.). dost.gov.az. 2022-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 aprel 2022.
  2. "WU Executive Academy" (alman). executiveacademy.at. 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 aprel 2022.
  3. "Student & Alumni Voices" (ingilis). executiveacademy.at. 2022-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2023.
  4. "ARCADIS - qlobal dizayn, mühəndislik və idarəetmə konsaltinq şirkəti" (ingilis). arcadis.com. 2022-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 aprel 2022.
  5. "MOTT MACDONALD - konsaltinq şirkəti" (ingilis). mottmac.com. 2022-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 aprel 2022.
  6. ""Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı" (az.). e-qanun.az. 2020-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 aprel 2022.
  7. "European Social Network". esn-eu.org (ingilis). 2022-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-26.
  8. "The Board". esn-eu.org (ingilis). 2024-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-26.
  9. "Farid Mammadov - Member of the Board". esn-eu.org (ingilis). 2024-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-26.