Fərid Yusifoğlu

Fərid Yusifoğlu — vizual effekt mütəxəssisi (VFX Supervisor)

Fərid Yusifoğlu
Fərid Yusif oğlu Davudov
Doğum tarixi (41 yaş)
Doğum yeri Mingəçevir

Fərid Yusifoğlu 1983-cü il avqust ayının 3-də Mingəçevir şəhərində anadan olub. 2005-ci ildə İqdisad universitetinin Türk Dünyası İşlətmə fakultəsini bakalavr dərəcəsində bitirib. Reklam üçün animasiyalar hazirlamaqla başlayan 'freelancer' iş həyatı, peşəkar animatorluqla əvəz olunur. 3D və Matte Painting həvəsi sonradan filmlərə tədbiq olunur. Rejissor Samir Kərimoğlu-nun 'Sirat Körpüsü' filmi ilə başlayan filmoqrafiya siyahısı artıq 6 film ilə sıranı artırır. Hal hazırda 'Samir Kərimoğlunun "Mən Evə Qayıdıram" filmində VFX supervayzer vəzifəsində debütə imza atır. Ən son işi tanınmış Azərbaycanın tanınmış rejissoru Fikrət Əliyevin "Polkovnikin xəzinəsi" filmi olub. Filmdə həm Vizual Effekt Supervayzer kimi həm də Matte Paint Artist kimi çalışmışdır. Son zamanlar Azərbaycan kinomatoqrafiyasının inkişafı Vizual Effektlər industriyasına da təsir edib. Bir çox işlərdə yeniliklər tələb etdiyi üçün yeni texnologiyaların kinomatoqrafiyada tədbiqi də başlanıb.

2014-cü ildə Xəzər Universitəsində "Khazar Film & Animation School" Peşəkar Film və Animasiya məktəbinin direktoru vəzifəsində işə başlayır. Hollywood Camera Works, Animation Mentor, Zbrush Central və s. tanınmış film və animasiya məktəblərində tədris görmüş müəllimlər cəlb edərək Azərbaycanda ilk və tək vizual effektlər məktəbini qurur. Məktəbin nəzdnində Operatorluq (D.O.P), Rəqəmsal Kinematoqrafçılıq (Digital Cinematography), Vizual Effektlər (VFX), 3D Personaj Animasiyası (Character Animation), Kompozinq (Digital Compositing), ZBrush 3D Skulptura (ZBrush Modelling & Sculpting) və s. peşəkar fənnlər tədris olunur. Texniki bazasına görə məktəb Azərbaycanın Kino və İncəsənət sahəsində təhsil verən mərkəzlərinin içərisində ən son texnologiyalara sahib yeganə məktəbdir. "Khazar Film & Animation School" "Black Magic Cinema Camera" ilə praktika keçirə bilən yeganə məktəbdir. Texniki baza hal hazırda tələbələr üçün qisametrajlı film çəkə bilmə gücünə sahibdir.

  1. Sirat körpüsü - Samir Kərimoğlu (Matte Painter, 3D Animator)
  2. Qanadlarıma sığal çək - Samir Kərimoğlu (3D Animator)
  3. Niyyət - Samir Kərimoğlu (Matte Painter, 3D Animator)
  4. Onun ürəyi - Samir Kərimoğlu (Matte Painter, 3D Animator)
  5. Gözlərimə gün süşür - Fehruz Şamiyev (Matte Painter)
  6. Adsız məzar (film, 2006)
  7. Mən evə qayıdıram (film, 2014) - Samir Kərimoğlu (VFX Supervayzer)