Fərman Məmmədov (mühacir)

Fərman Nərman oğlu Məmmədov (1920-?)—"Azadlıq" radiostansiyasının əməkdaşı.

Həyatı[redaktə | mənbəni redaktə et]

"Azadlıq" Radiosunun uzun müddət əməkdaşı işləmiş F. Məmmədov Cəbrayıl rayonunun Mərcanlı kəndindəndir. Sovet Ordusu sıralarına çağırılarkən bir müddət Həştərxanda hərbi məktəbdə oxumuşdur. Orduya çağırılmış, Kiyev şəhəri ətrafındakı döyüşlərdə almanlara əsir düşmüşdür. 1942-ci ilin sentyabrında Gestaponun nəzdindəki məşhur "Teppelin" kəşfıyyat mərkəzinə göndərilmişdir. Oranı bitirdikdən sonra "Autvits"dəki kəşfıyyat məktəbində oxumuşdur. Həmin məktəbdə ratsiya ilə işləməyi, şifrləri açmağı və s. öyrənmişdir. Sonradan komandanlıq onu Berdyansk şəhərindəki əsir düşərgəsinə əsirlər arasında təbliğat aparmaq üçün göndərmişlər.

1943-cü ildə Berlində "Azərbaycan Milli Qurultayı"nda iştirak etmişdir. Oberşturmbanfürer rütbəsi alan F. Məmmədov 1943-cü ildə azərbaycanlılardan ibarət hərbi hissələrin birinə alay komandiri təyin edilmişdir. Müharibədən sonra bir müddət İranda olmuş, sonra Türkiyəyə getmiş, sonradan isə "Azadlıq" Radiosunun "Gürcü" redaksiyasında çalışmışdır. Bir müddətdən sonra isə "Azərbaycan" redaksiyasında fəaliyyət göstərmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]