Fərman Qasımov (alim)

Fərman Hüseyn oğlu Qasımov — iqtisad elmləri doktoru, professor, Ukrayna Tex­no­lo­ji Elmlər Akademiya­sı­nın akade­miki

Fərman Qasımov
Fərman Hüseyn oğlu Qasımov
Doğum tarixi
Doğum yeri Azərbaycan Azərbaycan SSR, Bakı
Vəfat tarixi (77 yaşında)
Vəfat yeri Bakı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Elm sahəsi iqtisadiyyat
Elmi dərəcəsi iqtisad elmləri doktoru
Elmi adı Professor
İş yeri AMEA-nın Elmi İnnovasiyalar Mərkəzi
Təhsili ali


Fərman Qasımov 20 oktyabr 1938 ildə Bakıda anadan olmuşdur. O, 1946-1956 illərdə 7 saylı dəmir yol məktəbində oxumuş, 1957-1962 illərdə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsində ali təhsil almışdır.[1]

Fərman Qasımov Sumqayıt şəhərində "Neftkimyaavtomatlaşdırma" Elmi-Tədqiqat İnstitutunda mühəndis, böyük mühəndis (1962-1966), Dövlət Plan Komitəsi yanında Azərbaycan Elmi-Tədqiqat Elmi-Texniki İnformasiya və Texniki-İqtisadi Tədqiqatlar İnstitutunda şöbə müdiri(1966-1973), elmi işlər üzrə direktor müavini (1973-1994) vəzifələrində işləmişdir.

Fərman Qasımov 1994 ildə Dövlət Elm və Texnika Komitəsi nəzdində yaradılan Elmi-Tədqiqat, Təcrübi-Konstruktor İşlərinin və Müdafiə Olunmuş Dissertasiyaların Dövlət Qeydiyyatı Mərkəzinə (DQM) direktor təyin olunmuşdur. 2003 ildə DQM Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin tabeçiliyinə verilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 avqust 2008-ci il 197 saylı qərarı ilə DQM-in adı dəyişdirilərək AMEA Elmi İnnovasiyalar Mərkəzi (EİM) adlandırılmışdır. O, 2014 ilə kimi Elmi İnnovasiyalar Mərkəzinin direktoru vəzifəsində çalışmış, 2014-2015 illərdə baş direktorun məsləhətçisi işləmişdir.

Fərman Qasımov 1971 ildə Moskvada SSRİ Elmlər Akademiyasının Mərkəzi İqtisadiyyat-Riyaziyyat İnstitutunda namizədlik dissertasiyasını müdafiə etmiş, 1984-cü ildə Tallin şəhərində Estoniya SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun nəzdində fəaliyyət göstərən Regional İxtisaslaşmış Elmi Şurada doktorluq dissertasiyasını müdafiə edərək, iqtisad elmləri doktoru dərəcəsinə layiq görülmüşdür. Ona 1994 ildə AAK-nın qərarı ilə professor rütbəsi verilmişdir.[1]

Fərman Qasımov 27 mart 2016 ildə Bakı şəhərində vəfat etmişdir.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Fərman Qasımovun elmi fəaliyyətini «informasiya proseslərinin avtomatlaşdırılması» ilə başlayaraq iqtisadi informasiyanın tədqiqi, araşdırılması və idarəetmə sistemlərində informasiya təminatını təkmilləşdirən «Avtomatlaşdırılmış idarəetmə sistemlərini» müəssisə, region və respublika miqyasında hazırlayıb, tətbiqi ilə məşğul olmuşdur. O, 150-dək elmi əsərin, o cümlədən bir neçə monoqrafiya və dərsliyin müəllifidir. Onun birbaşa rəhbərliyi və səyi nəticəsində DQM respublikada milli innovasiya sisteminin formalaşması və inkişafı məsələləri ilə sıx məşğul olur, respublikada innovasiya proseslərinin vəziyyətini öyrənir, dövlətlərarası innovasiya şəbəkəsinin işində sıx iştirak edir, onların təcrübəsini Azərbaycanda tətbiq etmək üçün «Azərbaycan Respublikası Milli İnnovasiya Sisteminin konsepsiyası», «Azərbaycan Respublikasının Milli İnnovasiya sisteminin formalaşması və inkişafı proqramı»nın layihələrinin hazırlanmasında yaxından iştirak edir. DQM fəaliyyət sahəsini genişləndirmiş və dövlətlərarası informasiya məkanına çıxmışdır. O, MDB dövlətlərinin uyğun qurumları ilə elmi-texniki informasiya mübadiləsi üzrə müqavilələr bağlamış və son nəticədə 2008-ci ilin may ayında Beynəlxalq Elmi-Texniki İnformasiya Mərkəzinə (BETİM) üzv seçilmişdir.[1]

Əsas elmi əsərləri

[redaktə | mənbəni redaktə et]
  • 1.Классификация и кодирование информации. Баку, 1979
  • 2.Elmi-tədqiqat işlərinin qiymətləndirilməsinin və idarə olunmasının informasiya təminatı sistemi. (müştərək).Bakı,2005
  • 3.Sahibkarlığın əsasları. (müştərək). Bakı,2008
  • 4.İnnovasiyalar: yaranması, yayılması və inkişaf perspektivləri. Bakı: Elm, 2009, 416 s.
  • 5.Azərbaycanda təbii inhisarçılıq sferasında innovasiya fəaliyyəti. Bakı, 2010, 356 s.
  • 6.İqtisadi terminlər tezaurusu. Bakı, 2011
  • 7. Elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin innovasiya yönümlüyünün müəyyən edilməsi üçün müstəqil ekspertizanın aparılması. Bakı, 2012
  • 8.Методы государственного регулирования естественных монополий в условиях инновационного развития // «Инновационное общество – новая историческая эпоха цивилизационного развития» Сборник научных трудов. Саратов, 2009.
  • 9. Milli innovasiya sisteminin təşkili və idarə edilməsi. Bakı, 2013
  • 10.Azərbaycanda dövlət innovasiya siyasəti // AMEA Xəbərləri. Elm və İnnovasiya seriyası, 2010, №3(4).
  • 11.Государственная инновационная политика Азербайджанской Республики // журнал «Наука и инновации», сентябрь 2011 [2]
  1. 1 2 3 "Fərman Hüseyn oğlu Qasımov". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-01-16.
  2. Fərman Hüseyn oğlu Qasımov[ölü keçid]

AMEA-nın Elmi İnnovasiyalar Mərkəzi http://www.innovasiya.az/ Arxivləşdirilib 2014-01-02 at the Wayback Machine