Fərmanfərma (fars. فرمانفرما , hərf. əmr verən) — Səfəvi və Qacar dövlətlərində üç fərqli məna daşıyan titul.
- Səfəvi şahları və onların məmurları Avropa monarxlarına müraciət etmək üçün ümumi bir üsul kimi fərmanfərmadan (bəzən fərmanrəva və fərmandə ilə əvəz olunurdu) istifadə edirdilər.
- Görkəmli valilər üçün fərmanfərma onlara müraciət forması kimi, həmçinin əlavə olaraq hökmran və vəli istifadə olunurdu. Məsələn, XIX əsrin sonlarında Qacar şahzadələri Müzəffərəddin mirzə, Sultan Məsud mirzə Qovanlı-Qacar və Fərhad mirzə müvafiq olaraq Azərbaycan, İsfahan və indiki Fars ostanının fərmanfərması, hokmran və vəliləri adlanırdı.
- Beş şahzadə və bir tayfa xanı şəxsi titulu kimi fərmanfərma alırdı. Sultan Məsud mirzə Qovanlı-Qacarbu ənənəni 1797-ci ildə Fars valiliyinə təyin olunduqdan sonra oğlu Hüseynəli Mirzəyə titulu verməsi ilə başlamışdır.
- Ashraf, Ahmad (2020). "Farmānfarmā". In Yarshater, Ehsan (ed.). Encyclopædia Iranica, Online Edition. Encyclopædia Iranica Foundation.