Fətəli bəy Hali-Gəncəvi

Fətəli bəy Xali-Gəncəvi-şair, Cavad xanın qardaşı

Fətəli bəy Xali-Gəncəvi
Fətəli bəy Ziyadoğlu-Qacar
Doğum yeri Gəncə şəhəri
Fəaliyyəti şair

Fətəli bəy Xali-Gəncəvi Gəncə şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Xali təxəllüsü ilə şeir yazırdı.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Azərbaycan MEA Əlyazmalar institutunda B-1829 şifri altında "Divan"ı saxlanır. Fəthəli bəy Hali Gəncəvinin şeirləri Gəncədəki "Elm" nəşriyyatında çap edilib. Şairin AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundakı əlyazmadan götürülmüş şeirlər toplusuna onun lirik aşiqanə, nəsihətamiz şeirləri, mənzum məktubları daxil edilib. Fəthəli bəyin əsərlərini Əlyazmalar İnstitutunun icraçı direktoru filologiya elmləri doktoru Paşa Kərimov və böyük elmi işçi Hacı Rauf Şeyxzamanlı transliterasiya və tərtib edib, kitaba “Ön söz” yazıblar. Fəthəli bəyin fars dilində yazdığı şeirlərinin bədii tərcüməsi Paşa Kərimova məxsusdur. Kitabın elmi redaktoru professor, Əməkdar elm xadimi Xəlil Yusifli, redaktoru H.Mustafa Mailoğludur. Qeyd edək ki, Fəthəli bəy Cavad xanın ölümündən sonra çar Rusiyası qoşunlarına qarşı mübarizə aparıb. O, 1825-ci ildə Təbrizdə vəfat edib. [1]

Azərbaycan MEA Əlyazmalar institutu

  1. "Fəthəli bəy Hali Gəncəvinin şeirlər toplusu çapdan çıxıb". 2022-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-09.