Fətəli fəthi (roman)

"Fətəli fəthi" (rus. Фатальный Фатали) — Azərbaycan yazıçısı Çingiz Hüseynovun tarixi mövzuda yazdığı roman.

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

"Fətəli fəthi" romanının ilk variantı "Labüdlük" adı ilə povest kimi nəşr olunmuşdur. Müəllif əsər üzərində işləmiş, daha sonra onu roman kimi nəşr etdirmişdir. Roman əvvəlcə rus dilində yazılmış, sonra isə Azərbaycan dilində yenidən işlənilmişdir. Bu mənada "Fətəli fəthi" romanının iki variantı mövcuddur.

Mövzu[redaktə | mənbəni redaktə et]

"Fətəli fəthi" romanının mövzusu XIX əsr Azərbaycan tarixindən alınmışdır. Əsərin baş qəhrəmanı böyük Azərbaycan mütəfəkkiri Mirzə Fətəli Axundovdur. Müəllif M.F.Axundovun timsalında Azərbaycanın Rusiya və İran imperiyaları arasında parçalanması tarixinə güzgü tutmuşdur.

Janr[redaktə | mənbəni redaktə et]

Müəllif "Fətəli fəthi" romanının janrını "tarixi fantaziya" kimi müəyyənləşdirmişdir. Çünki roman tarixi mövzuda qələmə alınsa da, burada yazıçı fantaziyasının elementləri çox güclüdür.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Фатальный Фатали. M.: Советский писатель, 1980, 464 стр.
  • Fətəli Fəthi. Bakı: Yazıçı, 1988, 710 səh.
  • Инга Фархатова. Характер и конфликт в романах Чингиза Гусейнова: Дис. на соиск. учен. степ. к.филол.н., Москва: 1994

İstinadlar[redaktə | mənbəni redaktə et]