Fəthi Gədikli (türk: Fethi Gedikli; (doğumu: 5 yanvar 1960) – Türkiyə hüquqçusu, hüquq elmləri doktoru, professor,[1] diplomat.
Fəthi Gədikli 5 yanvar 1960-cu ildə Türkiyənin Akçaabat bölgəsinin Kuruçam kəndində doğulmuşdur. İbtidai və orta məktəbi doğulduğu kənddə tamamladıqdan sonra, 1979-1980-ci illərdə Hacettepe Universitetində ingiliscə hazırlıq, 1984-cü ildə İstanbul Universitetində hüquq fakültəsini bitirmişdir.
Evlidir, üç övlad atasıdır.
1988-1989-cu illərdə İngiltərənin Birmingham və London Universitetlərində bir il, 1992-ci ildə Misirin Qahirə Universitetində 10 aya yaxın bir müddətdə araşdırma aparmışdır.
1985-ci ildə Mərmərə Universiteti Hüquq fakültəsində elmi fəaliyyətə başlamışdır. 1989-cu ildə elm mütəxəssisi olmuş, 1996-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1998-ci ilə dosent elmi adına yiyələnmişdir.
Fəthi Gədikli, 2004-cü ilin iyunundan 2007-ci ilin avqustuna qədər Azərbaycanda Mədəniyyət ve Tanıtma Müşaviri olaraq çalışmışdır.
2008-ci ildə Mərmərə Universitetində professor elmi dərəcəsi alan Fəthi Gədikli, Bakı, Astana, Almatı, Pavlodar və Leidendə mühazirələr oxumuşdur.
Bir müddət İstanbul Universitetinin Hüquq fakültəsində dekan müavini olmuşdur. Hazırda İstanbul Universitetinin Hüquq fakültəsində Hüquq tarixi şöbəsinin müdiri, Ədliyyə Peşə Yüksək Məktəbinin müdiridür.
Osmanlı hüququna dair çox sayda araşdırmaların müəllifi olan Fəthi Gədikli, “YOM” dərgisinin sahibi, “Türk hüquq tarihi araşdırmaları” dərgisinin idarə heyətinin üzvüdür. Türk hüquq tarixi və İslam hüqündan mühazirə oxumaqdadır.[2]
- Osmanlı Şirket Kültürü. İz Yayıncılık, İstanbul: 1998; 2. bs., İstanbul 2018;
- Sarkis Karakoç, Külliyât-ı Kavânin, c. I-II, Yay. Haz.: M. A. Aydın, F. Gedikli, M. Akman, E. B. Ekinci, M. M. Kenanoğlu, TTK Yayınları, Ankara: 2006;
- Şura-yı Devlet, Belgeler, Biyografik Bilgiler ve Örnek Kararlarıyla, Öncü, Ankara 2008; genişletilmiş 2. bs., On İki Levha Yayıncılık, İstanbul: 2018;
- Galata Kadılığı 20 Numaralı Şeriye Sicili, (M. Akman ile), İSAM, İstanbul: 2012
- Galata Kadılığı 32 Numaralı Şeriye Sicili, (M. Akman ile), İSAM, İstanbul: 2012;
- Akçaabat Yazıları I, Yedirenk Yayınları, İstanbul: 2004;
- Akçaabat Yazıları II, Yedirenk Yayınları, İstanbul: 2010;
- Katibiadllere Mahsus Sakk: Osmanlı Dönemi Noterlik İşlem Formülleri: Tarihçe, Okuma Parçaları ve Mevzuat Ankara: Türkiye Noterler Birliği, 2012;
- Osmanlı Hukuku: Makaleler, İstanbul: 2012;
- Tarih-i İlm-i Hukuk (Seydişehirli Mahmud Esad Efendi’den bir kurulla birlikte aktarma), Yetkin Yayınları, Ankara: 2012;
- Türk Hukuk Tarihi Kongresi Bildirileri, (editör), İstanbul: 2014;
- Türkiye-Azerbaycan Hukuk Günleri Tebliğleri (editor), On İki Levha Yayıncılık, İstanbul: 2015;
- Türk Hukuk Tarihi Kongresi Bildirileri, 2. C., On İki Levha Yayıncılık, İstanbul: 2016;
- Hukuk Tarihi, (editor), Anadolu Üniversitesi Yayınları, Eskişehir 2014;
- Bosna’da Hukuksal ve Toplumsal Hayat, İz Yayıncılık, İstanbul: 2015;
- Osmanlı Hukuk Sözlüğü Mükemmel Istılahat-ı Kavanin Yahut Malumat-ı Kanuniye Hülasası, (mlf. Türkzâde Hafız Mehmed Ziyaeddin, İbrahim Enes Onat ile, On İki Levha Yayıncılık, İstanbul: 2017
- Hukuk Dili ve Adli Yazışmalar (elektronik AUZEF ders notu, İstanbul: 2019).
- Aziz el-Azme (der.), Tarihi ve Sosyal Bağlamı İçinde İslâm Hukuku, İz Yayıncılık, İstanbul: 1992;
- Macid Hadduri, İslam Hukukunda Savaş ve Barış, Yöneliş Yayınları, İstanbul 2000; 2. Bs. Ekin Yayınları, İstanbul: 2018;
- Mehrzad Boroujerdi, İran Entelektüelleri ve Batı Yerliciliğin Istıraplı Zaferi, Yöneliş Yayınları, İstanbul: 2001.
- Çağdaş Azerbaycan Şiirleri Antolojisi (seçki, Yusuf Gedikli ile), Burçak Yayınları, İstanbul: 1983;
- Fatih (Nizami Zöhrabi’den aktarma, şiir), İz Yayıncılık, İstanbul: 2006;
- Savaş Ayakkabı Ölüm (Geşem Necefzade’den aktarma, şiir), Bengü Yayınları, Ankara: 2008;
- Ulu Türk’ün Önderi (Nizami Zöhrabi’den aktarma, şiir), Atatürk Araştırma Merkezi, Ankara: 2010;
- Ölü Metin (Orhan Fikretoğlu’ndan aktarma, roman ve hikayeler), İz Yayıncılık, İstanbul: 2015;
- Atropatena Destanı (Vahid Memmedli'den aktarma, epos-üçlü), İz Yayıncılık, İstanbul: 2018.