Fəthiyə körfəzi

Fəthiyə körfəzi - Türkiyə Respublikasının Muğla əyalətinin Fəthiyə rayonunun yaxınlığında yerləşir. 36.640-lik paralellə 28.968-lik meridian arasında yerləşir.[1] Müxtəlif adayarımadaların yerləşdiyi körfəzdir. Şimaldan cənuba doğru zgöçək İskələsindən İblis burnuna qədər 25 km uzunluğunda və qərbdən şərqə doğru Qurtoğlu burnundan Fəthiyə iskələsinə qədər 30 km genişliyindədir. Körfəzin ən dərin yeri 490 m-dir. Dənizə doğru sahilləri girintili-çıxıntılıdır. Şərq hissəsində şimala doğru bir çox qədim yaşayış yerləri su altındadır. Körfəzin şərqində Köhnə Meğri, Qızılada, Dovşan adası, Qatrancık adası və çox girintili qərb sahilində çoxlu sayda kənd, körfəz, ada və yarımada yerləşir. Cənub-qərbdən şimal-qərbə doğru Bozdağ yarımadası, Donuz adası, Tərsanə adası, Hacıxəlil adası, Yassıca adası, Göçək adasıdır.[2]

  1. "Haritatr.com - Fethiye körfezi". 2016-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-14.
  2. "Nkfu.com Fəthiyə körfəzi". 2021-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-14.