Fətulla Sabir oğlu Həsənov — 1-ci Qarabağ müharibəsi şəhidi
Fətulla Sabir oğlu Həsənov | |
---|---|
Fətulla Sabir oğlu Həsənov | |
Şəxsi məlumatlar | |
Digər adı | Rövşən |
Doğum tarixi | 13 fevral 1960 |
Doğum yeri | |
Vəfat tarixi | 7 yanvar 1994 (33 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Dəfn tarixi | 9 yanvar 1994 |
Vətəndaşlığı | |
Milliyyəti | Azərbaycan |
Həyat yoldaşı | Leyla Həsənova |
Uşaqları | Pərvanə Həsənova, Pərvin Həsənov |
Atası | Sabir Həsənov |
Anası | Həmayə Həsənova |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Hərbi hissə | 703 |
Xidmət illəri | 1978-1994 |
Rütbəsi | Könüllü |
Döyüşlər |
Qarabağ müharibəsi • Ağdərə döyüşləri Çaykənt döyüşləri Marquşavan döyüşləri |
Təltifləri |
|
gencesehidleri.az |
Həsənov Fətulla Sabir oğlu 1960-cı il fevralın 13-də Gəncə şəhərində anadan olmuşdur. O, 42 saylı orta məktəbi bitirmişdir. Fətulla Milli Ordu yaranan ilk günlərdən əsgərliyə getmişdir. Şücaətinə görə bir dəfə məzuniyyət verilmişdir. Bir həftəliyə ciyərparaları olan Pərvanə və Pərvin ilə görüşmüşdür, lakin Fətullanın bir həftəlik məzuniyyəti bir gecədən artıq çəkməmiş, tələsik cəbhəyə qayıtmışdı.
Fətulla Həsənov ermənilərə qarşı nifrət hissi ilə yaşayırdı. O, Çaykənd, Tərtər, Ağdərə bölgələrində gedən ağır döyüşlərdə fəal iştirak etmişdi. Xidmət etdiyi 703 saylı hərbi hissədə özünə böyük hörmət qazanmışdı.
Fətulla Sabir oğlu Həsənov 1994-cü il yanvarın 7-də Ağdərə bölgəsində düşmən tərəfindən diri-diri yandırılaraq şəhidlik zirvəsinə ucalmışdır. Məzarı Gəncə Şəhidlər Xiyabanındadır.[1] Gəncə şəhərinin mərkəzi küçələrindən ikisi şəhidin adını daşıyır.