Fətulla bəy Kərimbəyov

Fətulla bəy Kərbəlayı Abbas bəy oğlu Kərimbəyov — Kiyev universitetinin məzunu, notarius, sahibkar.

Fətulla bəy Kərimbəyov
Fətulla bəy Kərbəlayı Abbas bəy oğlu Kərimbəyov
Doğum tarixi
Doğum yeri Kərimbəyli, Cəbrayıl qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat yeri Stavropol, Stavropol diyarı, RSFSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Uşağı Vəli bəy
Atası Kərbəlayı Abbas bəy Kərimbəyov
Milliyyəti azərbaycanlı
Təhsili Kiyev universiteti

Fətulla bəy Kərimbəyov 1869-cu ildə Cəbrayıl qəzasının Kərimbəyli kəndində anadan olmuşdu. Qarğabazar kəndindəki rus-tatar məktəbinin 3-cü sinifini, Cəbrayıl kəndindəki məktəbin 5-ci sinifini, Şuşa şəhəri real məktəbin 7-ci sinifini bitirmişdi. Bakıda gimnaziyada oxuyandan sonra Kiyev şəhərinə yollanıb universitetə qəbul olur. Universiteti tamamlayandan sonra Bakı şəhərinə dönmüşdü. Uzun illər şəhər notariusunun rəisi vəzifəsində çalışmışdı. Bakı şəhərində 40 mənzillik üçmərtəbəli, 60 mənzillik ikimərtəbəli evlər tikdirmişdi. 60 mənzilli ev köhnə Ketsxoveli küçəsindəki Şəhər polisi ilə üzbəüz olan binadır.

Fətulla bəy repressiya illərində Stavrapol şəhərinə köçmüşdü. Orda vəfat edib.

Fətulla bəyin Vəli bəy adlı oğlu vardı.

  • Ənvər Çingizoğlu. Kərimbəyovların bir qolu. III yazı. "Soy" elmi-kütləvi dərgi, 2011, №2, səh.12-21.