Fəxrəddin Bəşirov

Fəxrəddin Çərkəz oğlu Bəşirov - şəhid

Fəxrəddin Bəşirov
Fəxrəddin Cərkəz oğlu Bəşirov
Fəxrəddin Cərkəz oğlu Bəşirov
Fəxrəddin Cərkəz oğlu Bəşirov
Doğum tarixi
Doğum yeri Ağdam, Azərbaycan SSR
Vəfat tarixi (26 yaşında)
Vəfat yeri Ağdərə
Uşağı Teymur
Atası Cərkəz
Milliyyəti azərbaycanlı

Həyatı[redaktə | mənbəni redaktə et]

Fəxrəddin Çərkəz oğlu Bəşirov 1966-cı il yanvarın 20-də Quzanlıda anadan olub. 1983-cü ildə Quzanlı kənd orta məktəbini, 1988-ci ildə Mingəçevir politexnik texnikumunu bitirib. Texnikumda oxuduğu müddətdə sovet ordusunda xidmət edib. Təhsilini bitirəndən sonra göndərişlə Rusiyanın Stavropol vilayətinə gedib. Neptun zavodunda işə düzəlib.

1989-cu ildə Fəxrəddin orada qiyabi Politexnik institutuna daxil olur, bundan bir il sonra Bakıya gəlib Xırdalan təmir-tikinti idarəsində işləməyə başlayır.

1992-ci ilin 10 avqustunda, cəbhədə döyüşlərin qızğın çağında Fəxrəddin könüllü olaraq milli orduya yazılır. Ala Yaqubun başçılıq etdiyi batalyonun tərkibində döyüşürdü. Onun döyüş yolu Xramord, Canyataq və Gülyataq kəndlərindən keçib.

Fəxrəddin avqustun 24-də Mehmanə kəndi uğrunda gedən döyüşdə ürəyinə dəyən snayper gülləsindən həlak olub.

Quzanlı qəsəbə qəbirstanlığında dəfn olunub.

Evli idi, Teymur adlı bir oğlu var.

İstinadlar[redaktə | mənbəni redaktə et]