Fəxrəddin Vəliyev

Fəxrəddin Vəliyev - "Ginnesin rekordlar kitabı"na düşmüş ilk azərbaycanlı, Avropa-Azərbaycan diaspor mərkəzinin vitse-prezidenti

Fəxrəddin Vəliyev
Doğum yeri Cəbrayıl

Həyatı[redaktə | mənbəni redaktə et]

Cəbrayıl rayonunda anadan olmuş, hazırda Belçikada yaşayan Fəxrəddin Vəliyev 2004-cü ildə adı "Ginnesin rekordlar kitabı"na qeyri-adi bacarıqlarıyla

düşmüş ilk azərbaycanlıdır. O, 5 dəqiqəyə 20 nəfərin kölgəsini (siluetini) çəkməklə bu şərəfə nail olub.

F. Vəliyev həyatının 25 ilini qrafika sənətinə və kölgə rəsmləri cəkməyə həsr edib.

Onun 1992-ci və 1995-ci illərdə Afinadaİstanbulda fərdi sərgiləri təşkil edilib.

2003-cü ilin dekabr ayında Brüsseldəki məşhur "Belqium" muzeyində Belçika kraliçası Fabiolanın rəsmini çəkib. Əsər kraliçanın çox xoşuna gəlib və o, həmyerlimizə məktub vasitəsi ilə öz təşəkkürünü bildirib.

Fəxrəddin Vəliyev həm də bu ölkədə fəaliyyət göstərən Avropa-Azərbaycan diaspor mərkəzinin vitse-prezidentidir.

Mənbəyi[redaktə | mənbəni redaktə et]