Fəzl Təbrizi

Fəzl ibn Hatim Neyrizi Təbrizi (?-922)—münəccim, riyaziyyatçı.

Həyatı[redaktə | mənbəni redaktə et]

Onun riyaziyyat və astronomiyanın aktual məsələlərinə həsr edilmiş «Evklidin “Başlanınc” («Əsaslar») kitabının şərhi», «Ptolomeyin “Macəsti” əsərinə şərh», «Dairəvi üsturlabla iş» kitabları məlumdur.

Qeyri-Evklid həndəsəsində ilk addım atan görkəmli alimin şöhrətinin Abbasilər xilafətində yayılması, xəlifə Mötəzidin onu saraya dəvət etməsi. Fəzl ibn Hatimin Bağdadda xəlifətin sifarişi ilə yazdığı «Hava törəmələri», «Zic əl-Mötəzid», xəlifənin ölümündən sonra yazdığı «Kiçik zic» və «Böyük zic» adlı əsərləri var.

Fəzl Təbrizi 922-ci ildə vəfat edib.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]