Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
F. Köçərli adına Respublika Uşaq Kitabxanası — 1965-ci ildə yaradılmış kitabxana.[1]
Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Tipi | Uşaq Kitabxanası |
Yaradılıb | 1 yanvar 1965 |
Ünvan | Bakı şəhəri, S.Vurğun küçəsi, 88 |
Telefon |
Tel: (+994 12) 597 09 35 Tel: (+994 12) 597 08 79 |
Sayt | CLB.az |
1999-cu ildə qüvvəyə minmiş "Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 2004-cü il 12 yanvar tarixli "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında", 2004-cü il 27 dekabr tarixli "2005–2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında" sərəncamları və 6 oktyabr 2008-ci il tarixli "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008–2013-cü illərdə inkışafı üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə Sərəncamı kitabxana işinin inkişafında yeni bir mərhələ olmuşdur.
F. Köçərli adına Respublika Uşaq Kitabxanasında Avtomatlaşdırma və kompüterləşdirmə şöbəsi 2005-ci ildən fəaliyyət göstərir. Hazırda şöbə kitabxana fondunun elektron informasiya daşıyıcılarına köçürülməsi və elektron kataloqun yaradılması proseslərini müvəffəqiyyətlə həyata keçirir. 2009–2014-cü illər ərzində Elektron kataloqa 119 min 932 nüsxə kitab, "Qızıl fond" bazasına 386 kitab, "Retro" bazasına 19 min 993 adda, Elektron kartotekaya isə 60 min 865 yazı daxil edilmişdir. Milli mənəvi dəyərlərimizin qorunması məqsədilə kitabxananın saytında (www.clb.az) kitab adidələri rubrikası açılmış və orada "Qızıl fond"da olan kitabların təqdimatı hazırlanaraq oxucuların diqqətinə çatdırılmışdır. Milli dəyərlərimizin qorunması və təbliği işində kitabxana bir sıra tədbirlər həyata keçirir. Hər il kitabxanada 2 aprel Beynəlxalq Uşaq Kitabı günü ilə əlaqədar Milli Uşaq Kitabı Sərgisi təşkil olunur.
2009-cu il uşaq İli ilə əlaqədar kitabxanada "Dünya uşaq ədəbiyyatının inciləri" adlı Beynəlxalq kitab sərgisinin açılışı oldu. Azərbaycanda fəaliyyət göstərən 20 ölkənin səfirlikləri uşaq ədəbiyyatlarını kitabxanada nümayiş etdirməklə təkcə uşaq ədəbiyyatı nəşri ilə məşğul olan nəşriyyatların, redaktorların, yazarların deyil, həmçinin uşaqların marağına səbəb oldu. Sərgidən sonra (min 100 nüsxə) kitab kitabxananın dünya uşaq ədəbiyyatı fonduna daxil edilmiş və geniş oxucu kütləsinin istifadəsinə verilmişdir.
2009-cu ildə Almaniyanın Azərbaycandakı səfiri Per Kristofer Stançinanın təşəbbüsü ilə kitabxanada alman uşaq ədəbiyyatı sərgisi keçirilmişdir. Almaniyanın Azərbaycandakı səfiri Per Kristofer Stançina sülh mövzusunda üç plakatı kitabxanaya hədiyyə etdi. Kitabxana mütəxəssisləri Elektron kataloqun formalaşmasında dünya kitabxanalarının təcrübəsini. F. Köçərli adına Respublika Uşaq Kitabxanasının qarşısında duran mühüm vəzifələrdən biri oxuculara metodika, biblioqrafiya və elmi informasiya xidmətini dünya kitabxanaları səviyyəsinə qaldırmaq, oxucuların tələbatını ödəmək üçün yeni informasiya texnologiyalarını tətbiq etmək, İnternet şəbəkəsinin elektron ehtiyatlarından istifadə etməkdir.
2015-ci ilin 01 yanvar tarxinə olan məlumata əsasən kitabxananın Elektron kalatoquna 34 min 167 adda, 183 min 407 nüsxə kitab daxil edilmişdir. Elektron kitabxanaya isə 191 kitab daxil edilmişdir. Kitabxananın saytında "Səsli nağıllar" rublikasında 51 kitab var.
Kitabxananın Elektron kataloqu AZLİBNET-də olan (www.azlibnet.az) Milli Toplu kataloqa daxil edilmişdir. Toplu kataloqdan ödənişsiz istifadə etmək mümkündür. F. Köçərli adına Respublika Uşaq Kitabxanası respublikada uşaqlara kitabxana xidmətinin vəziyyətini öyrənir və təhlil edir.
Ölkəşünaslığı inkişaf etdirmək məqsədi ilə Milli ədəbiyyat və ölkəşünaslıq şöbəsində ölkəşünaslığa və diyarşünaslığa aid kataloq və kartoteka vardır. Oxucuların Elektron kataloqdan istifadəsini təmin etmək üçün kitabxanada ödənişsiz WI-FI zonası yaradılmışdır.
Uşaq kitabxanasında mütəmadi olaraq elmi-təcrübi konfranslar, müşavirələr, seminarlar keçirir, qabaqcıl təcrübə məktəbini təşkil edir. Kitabxanada yazıçı və şairlərdən Süleyman Rəhimov, Mir Cəlal, Fikrət Qoca, Nazim Hikmət, Tofiq Bayram, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, uşaq yazıçılarından Gülnar İbrahimova, Sevinc Nuruqızı, Ələmdar Quluzadə, Reyhan Yusifqızı, Zeynal Xəlil, Qəşəm İsabəyli, Rafiq Yusifoğlu, Aygün Bünyatzadə, İlyas Tapdıq və b. ilə görüşlər, uşaqların dünya görüşlərinin inkişafında mühüm yer tutan tədbirlər həyata keçirilir.
Kitabxana 1999-cu ildən Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin üzvüdür. Hazırda kitabxananın fondunda 270 mindən çox kitab var. 18 mindən çox oxucusu, 25 min 800 virtual oxucusu vardır.
F. Köçərli adına Respublika Uşaq Kitabxanası 1965-ci il yanvarın 1-də Azərbaycan Respublikası Nazirlər Sovetinin Qərarı ilə M. Qorki adına Kitabxana Fondunun bazası əsasında yaradılmışdır. 12 sentyabr 1967-ci ildən Azərbaycan Respublikası Mərkəzi Komitəsinin 25 saylı (§ 22) Qərarına əsasən uşaq ədəbiyyatının inkişafında mühüm xidmətləri olan, Azərbaycan ədəbi dilinin saflığı uğrunda daim mübarizə aparmış Azərbaycan ədəbiyyatşünası, pedaqoq, maarifpərvər, uşaq folklor antologiyasının banisi Firidun bəy Köçərlinin adını daşıyır. Respublika Uşaq Kitabxanasının yaradılması nəticəsində uşaqlara kitabxana xidmətinin ümumrespublika metodik mərkəzi meydana gəldi, uşaqlara xidmət edən digər kitabxanalara, o cümlədən, 3 mindən çox məktəb kitabxanasına metodik rəhbərlik təmin edildi.
F. Köçərli adına Respublika Uşaq Kitabxanası müstəqillik illərində Azərbaycan mədəniyyətinin inkişafı və mədəni sərvətlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılması, dünya kitabxanaları səviyyəsinə qaldırılması istiqamətində də mühüm addımlar atılmış, bir çox dünya kitabxanaları ilə əlaqələr yaradılmış, onların iş təcrübələrindən istifadə etməklə uşaqlara kitabxana xidmətində müasir metod və formalar tətbiq olunmuşdur.
Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının təsis etdiyi "Göyqurşağı" uşaq jurnalı məktəblilərin dünyagörüşünün inkişafında, onlarda vətənpərvərlik hisslərinin daha da güclənməsində, təhsilə marağın artmasında böyük rol oynamaqla daim diqqət mərkəzində olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 2008-ci il 6 oktyabr tarixli "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008–2013-cü illərdə inkışafı üzrə Dövlət Proqramı[2]" nın təsdiq edilməsi barədə Sərəncamı kitabxana işinin inkişafında yeni bir mərhələ oldu. Oxucuların informasiya tələbatının ödənilməsi ilə bağlı Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası artıq neçə illərdir ki, uşaq və yeniyetmələr üçün səyyar kitab sərgisini ─ "Uşaq kitab karvanı" layihəsini uğurla həyata keçirir. 4 il ərzində (2011–2014) keçirilən layihə ilə 16 rayona kitab karvanı yola düşmüş, regionlarda fəaliyyət göstərən kitabxanalara 14 min 270 nüsxə uşaq kitabları hədiyyə edilmişdir.
F. Köçərli adına Respublika Uşaq kitabxanası 2012-ci ildən mötəbər təşkilatın ─ Beynəlxalq Uşaq Kitabı Şurasının (İBBY) üzvüdür, həmin təşkilatla sıx əlaqə saxlayır. Təşkilata üzv olmaqda əsas məqsəd Azərbaycanda uşaq yazıçıları, rəssam və tərcüməçilərini müasir uşaq ədəbiyyatımızdakı problemlərə yönəltmək, Beynəlxalq Uşaq Ədəbiyyatı Şurası vasitəsilə ölkəmizi tanıtmaq və uşaq ədəbiyyatı sahəsində olan yenilikləri tətbiq etməklə uşaqların mütaliəyə olan həvəslərini artırmaq, onları dünya uşaq ədəbiyyatı nümunələri ilə tanış etməkdir.
F. Köçərli adına Respublika Uşaq Kitabxanası informasiya təminatı istiqamətində fəaliyyətinin səmərəsinin artırılması, inkişafı və təkmilləşdirilməsi məqsədilə günün tələbləri səviyyəsində mütərəqqi iş üsullarından istifadə edir. Milli dəyərlərimizin qorunması və təbliği işində kitabxana bir sıra tədbirlər həyata keçirir. Hər bazar günü kitabxanada keçirilən Nağıl və Psixologiya Saatı kitabxanaya oxucuların cəlb olunması işində mühüm rol oynayır. "Milli mənəvi dəyərlərimizi qoruyaq ─ Nağıllarımızı yaşadaq" aksiyası çərçivəsində keçirilmiş Azərbaycan nağıllarının aplikasiya şəklində təqdimatı müsabiqəsində ən yaxşı aplikasiyalar Nağıl otağının divarlarında öz əksini tapmaqla kitabxanaya gələn hər bir oxucuda maraq doğurur.
2014-cü ildə kitabxanada keçirilən "Dünyanın mədəniyyət rəngləri"[3] adlı tədbirdə uşaqlar 12 dövlətin təbii materiallarla hazırladıqları kuklalar da Nağıl otağını bəzəyir. Bura gələn hər bir oxucu özünü nağıllar aləmində hiss edir.
Kitabxananın mütəxəssisləri Elektron kataloqun formalaşmasında dünya kitabxanalarının təcrübəsini öyrənir və sənədlərin Elektron kataloqa daxil edilməsi qaydalarını müəyyən edərək ümumi metodikasını işləyib hazırlayırlar. Respublika Uşaq Kitabxanası məktəbdənkənar tərbiyə müəssisəsi kimi uşaqlara, yeniyetmələrə (məktəbəqədər və I–XI sinif şagirdləri) və uşaq mütaliəsinə rəhbərlik edənlərə kitabxana xidməti göstərir.
Kitabxana uşaqların tərbiyəsi və yeni təhsil sisteminə uyğun şəkildə ədəbiyyatın kompleks təbliğini həyata keçirir, uşaq və yeniyetmələrin vətənpərvərlik, əmək, mənəvi, estetik tərbiyəsi məqsədilə respublika kitabxanalarının fondundan maksimum dərəcədə istifadəni təşkil edir. Kitabxana məktəblərdə peşəyönümlü təhsil və tərbiyənin həyata keçirilməsinə, uşaqlarda yaradıcı fəallığın, əmək vərdişlərinin, dərketmə qabiliyyətinin, təhsilə və ictimai vəzifələrə sayıq münasibətin inkişafına kömək edir. Kitabxana Abonement, Oxu zalı, digər struktur yarımbölmələri, habelə Kitabxanalararası Abonement yolu ilə uşaq və yeniyetmələrdə oxu mədəniyyətini həyata keçirir.
Kitabxana 1 yanvar 1965-ci ildə Bakı şəhəri, S. Vurğun küç., 104 ünvanda beşmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşmişdir. Şəhərin yenidən qurulması, yeni tikililərin istifadəyə verilməsi nəticəsində əhaliyə kitabxana xidməti işində də yeni imkanlar açılmış, 21oktyabr 2010-cu ildə F. Köçərli adına Respublika Uşaq Kitabxanası Bakı şəhəri, S. Vurğun küç., 88 ünvanda yeni tikilinin – 16 mərtəbəli binanın ikinci mərtəbəsində yerləşərək daha rahat və geniş şəraitdə, müasir avadanlıqlarla təchiz olunaraq öz qapılarını uşaqların üzünə açmışdır. Kitabxanada müxtəlif yaş qrupları üzrə Abonement, iki oxu zalı və Nağıl otağı oxucuların istifadəsindədir.
Kitabxanada 9 şöbə və 5 bölmə fəaliyyət göstərir.