FWD

FWD tərtibatı

FWD — ön təkərdən çəkiş sistemi (FWD) mühərrik gücünün mühərrikli nəqliyyat vasitələrində ön təkərlərə ötürüldüyü bir avtomobil tərtibatıdır. Bu gün əksər müasir adi minik avtomobilləri ön tərəfdən eninə mühərrik tərtibatında olur və ön təkərdən çəkmə sisteminə malikdir.

Dünyanın ilk ön təkərdən çəkməli minik avtomobili 1897-ci ildə Franz Gräf tərəfindən istehsal edilmişdir. İlk kütləvi istehsal olunan ön təkərli vasitə 1934-cü ildə istehsal olunan Citroen Traction Avant idi.

1970-ci illərin sonlarından etibarən AvropaAsiyada minik avtomobillərində ön təkərdən çəkmə sistemi geniş yayılmışdır.