Bu məqalə qaralama halındadır. |
Faşist həbs düşərgələri — alman faşistlәrinin siyasi düşmәn hesab etdiklәri şәxslәri vә hәrbi әsirlәri xüsusilә sәrt rejimdә saxladıqları düşәrgәlәr. Faşist həbs düşərgələrinin mәhbusları sırasına faşizm әleyhdarları, kommunistlәr, hәmçinin әqidәsinә, dininә, irqinә vә s. görә tәqib olunanlar daxil idi. İlk hәbs düşәrgәsi 1933 ilin martında Daxau yaxınlığında yaradılmışdı. Faşist həbs düşərgələrinin çoxu insanları kütlәvi surәtdә qırmaq üçün qaz kameraları, krematorilәr vә s. vasitәlәrlә tәchiz edilmişdi. Faşist həbs düşərgələrindә mәhbuslara mәnәvi, fiziki әzab vә işgәncә verir, onları aclıqdan öldürür, üzәrlәrindә müxtәlif tibbi “tәcrübә”lәr aparır, qaz ilә boğurdular. Osventsim, Maydanek, Treblinka, Mauthauzen, Buxenvald, Zaksenhauzen, Ravensbrük, Flossenburq, Ştuthof vә s. düşәrgәlәr әsl ölüm fabriklәri idi. Faşist həbs düşərgələrinә düşmüş 18 mln. Avropa vәtәndaşından 11 mln.-dan çoxu mәhv edilmişdi. E.Telman, Y.Fuçik, Musa Cәlil, general D.M.Karbışev vә başqaları faşist həbs düşərgələrindә hәlak olmuşlar. Faşist həbs düşərgələrinin bir çox mәhbusu hәbsdәn qaçmış, Müqavimәt vә antifaşist hәrәkatına qoşulmuşdu. Almaniyada, Fransada, İtaliyada, Polşada vә s. ölkәlәrdә faşist həbs düşərgələrindә digәr millәtlәrdәn olan hәrbi әsirlәrlә yanaşı, azәrbaycanlı әsirlәrindә yaratdığı gizli antifaşist tәşkilatları Müqavimәt hәrәkatında müәyyәn rol oynamışdı. Bu tәşkilatların tәrkibindә M.Hüseynzadә, M.Seyidov, C.Hәkimli, Ə.Ağayev, Ə.Babayev, M.Mәmmәdov, Ə.Cәbrayılov, Ş.Mәcidov vә başqa cәsur qәhrәmanlar fәaliyyәt göstәrmişlәr. Almaniyada faşist həbs düşərgələri sistemi alman faşizminin darmadağın olunması ilә mәhv edildi, Nürnberq mühakimәsindә (1945) vәhşilik tәzahürü kimi pislәnildi. Faşist həbs düşərgələri vә bu qәbildәn olan düşәrgәlәr Cәnubi Koreyada, Cәnubi Vyetnamda, Yunanıstanda, İspaniyada, Portuqaliyada olmuşdur. Bir çox keçmiş faşist həbs düşərgələrinin әrazisindә muzeylәr yaradılmış, abidәlәr qoyulmuşdur.